İSİM-in nümayəndələri Finlandiyada keçirilən seminarda

Finlandiyanın Helsiki şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi və Finlandiyanın Milli Sağlamlıq və Rifah İnstitutunun təşkilatçılığı ilə "Qeyri-infeksion xəstəliklərin profilaktikası" mövzusunda 5 günlük nəzəri və praktik seminar keçirilib. Nazirlikdən “Olaylar” – a bildirilib ki, seminar MDB, Mərkəzi Asiya ölkələri və Türkiyə Cümhuriyyətinin ictimai səhiyyə mütəxəssisləri, səhiyyə nazirliklərinin müvafiq mütəxəssisləri üçün nəzərdə tutulmuşdu. Azərbaycanı bu seminarda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndələri təmsil etdilər.

Finlandiyanın Helsiki şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi və Finlandiyanın Milli Sağlamlıq və Rifah İnstitutunun təşkilatçılığı ilə "Qeyri-infeksion xəstəliklərin profilaktikası" mövzusunda 5 günlük nəzəri və praktik seminar keçirilib. Nazirlikdən "Olaylar" - a bildirilib ki, seminar MDB, Mərkəzi Asiya ölkələri və Türkiyə Cümhuriyyətinin ictimai səhiyyə mütəxəssisləri, səhiyyə nazirliklərinin müvafiq mütəxəssisləri üçün nəzərdə tutulmuşdu. Azərbaycanı bu seminarda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndələri təmsil etdilər.

Seminar zamanı iştirakçılara qeyri-infeksion xəstəliklərin (QİX) profilaktikası sahəsində Avropa ölkələrində və qlobal səviyyədə görülən işlər barədə məlumatlar verildi, Finlandiya və digər ölkələrdən olan mütəxəssislər onlarla ürək-damar, diabet və tənəffüs yollarının xəstəliklərinin profilaktikasında ən qabaqcıl təcrübələrlə bölüşdülər. Seminar zamanı İSİM-in mütəxəssisləri tərəfindən Azərbaycanda 2015-ci ildən başlayaraq "Qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair Strategiya"nın qəbul edilməsindən sonra görülmüş işlər barədə təqdimat edildi. Bununla yanaşı seminar zamanı təşkil olunan "poster-sessiya"da 2015 və 2016-cı illərdə ilkin səhiyyə səviyyəsində çalışan tibb işçilərinin QİX-in risk faktorlarının aşkarlanması və aradan qaldırılmasına yönəlmiş təlim-tədris proqramına dair təqdimat da edildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31