İlk dəfə Xoreoqrafiya sənəti üzrə Azərbaycan dilində dərsliklər
29 mart tarixində Bakı Xoreoqrafiya Akademiyasının İctimai fənlər kafedrasının təşkilatçılığı ilə kafedranın müəllimləri tərəfindən hazırlanmış bir sıra dərslik, dərs vəsaiti və tədris proqramlarının təqdimatı ilə bağlı dəyirmi masa keçirilib.
29 Mart 2017 17:11 Mədəniyyət29 mart tarixində Bakı Xoreoqrafiya Akademiyasının İctimai fənlər kafedrasının təşkilatçılığı ilə kafedranın müəllimləri tərəfindən hazırlanmış bir sıra dərslik, dərs vəsaiti və tədris proqramlarının təqdimatı ilə bağlı dəyirmi masa keçirilib. Akademiyadan "Olaylar" - a bildirilib ki, dəyirmi masada Bakı Xoreoqrafiya Akademiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq İnstitutlarının eləcə də digər sənət ali təhsil müəssisələrinin professor-müəllim heyəti və əməkdaşları iştirak edirdi.
Dəyirmi masanı giriş sözü ilə açan İctimai fənlər kafedrasının müdiri, əməkdar incəsənət xadimi, professor Maral Manafova dəyirmi masa ətrafında toplaşan müəllim-tələbə heyəti və qonaqlara İctimai fənlər kafedrasının yaranması və fəaliyyətindən, eləcə də qarşıda duran məqsəd və vəzifələrdən bəhs etdi.
Daha sonra nəşrlərin təqdimatı keçirildi. Nəşrlər arasında bakalavr pilləsi üçün Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, professor Sevda Sadıxbəyova tərəfindən (Azərbaycan və rus dillərində) hazırlanmış "Səhnəqrafiya tarixi" fənninin proqramı, bakalavr pilləsi üçün İctimai fənlər kafedrasının müdiri, professor M.Manafovanın tərtib etdiyi "Balet tarixi" fənninin proqramı, "Azərbaycan balet teatrına tarixi nəzər" adlı dərs vəsaiti, "Sehrli rəqs aləmi" adlı dərs vəsaiti, kafedranın dosenti Çingiz Bağırovun hazırladığı "Azərbaycan tarixi" fənninin proqramı, "Пaмятники архитектуры и искусства в контексте развития современного туризма в Азербайджане" dərs vəsaiti, İctimai fənlər kafedrasının müdiri, professor M.Manafovanın Baletmeyster sənəti kafedrasının müdiri, professor Lyudmila Həsənova ilə birgə (Azərbaycan və rus dillərində) hazırladığı "Müasir xoreoqrafiya tarixi" fənninin proqramı, magistratura pilləsi üçün professor M.Manafova professor Sevda Sadıxbəyova və dosent Xəzər Zeynalovla (Azərbaycan və rus dillərində) birgə hazırladığı "Postmodernizm və müasir incəsənət" fənninin proqramı, professor M.Manafovanın dosent Xəzər Zeynalovla birgə (Azərbaycan və rus dillərində) hazırladığı "Elmi yaradıcılığın metodologiyası" fənninin proqramı, orta ixtisas (kollec) pilləsi üçün professor M.Manafova və kafedranın müəllimi Naibə Məlikovanın birgə hazırladığı "Teatr və balet tarixi" fənninin proqramı da vardır.
Kafedra müdiri professor M. Manafova bildirdi ki, kafedranın fəaliyyəti dövründə 12 fənn proqramı, 3 dərs vəsaiti çap olunmuş, hazırda isə professor Sevda Sadıxbəyovanın "Формирование театрально-декорационного искусства театра оперы и балета в 1940-1960 гг" adlı dərsliyi çapdadır, dosent Aygül Hüseynovanın "XX əsrin I yarısında mənzərə janrının təşəkkülü" adlı dərsliyi hazırlanır, dosent Xəzər Zeynalovun tədris etdiyi "Elmi tədqiqat üsulları" və "Azərbaycanda multikulturalizmin modeli" adlı fənn proqramları çapa hazırlanır.