Hərbi Akademiyada görüş keçirilib 

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında imzalanan plana uyğun olaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasında ikitərəfli əməkdaşlıq proqramı çərçivəsində görüş keçirilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında imzalanan plana uyğun olaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasında ikitərəfli əməkdaşlıq proqramı çərçivəsində görüş keçirilib. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, AFR Silahlı Qüvvələri Hərbi Akademiyasının hərbi strategiya məsələləri üzrə mütəxəssisi Klaus Hütker Hərbi Akademiyanın Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun dinləyiciləri qarşısında mühazirələrlə çıxış edib. Mühazirələrdən sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərbi strategiya sahəsində çalışan mütəxəssislər ilə K.Hütker arasında ekspert qrupunun görüşü keçirilib və müzakirələr aparılıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31