“Ermənilərin törətdiyi faciələr  bütün dünya tarixi üçün silinməz ləkədir” Yaqub Mahmudov

 Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Yaqub Mahmudov 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi-praktik konfransda çıxışı zamanı ermənilərin Azərbaycana qarşı apardığı soyqırım siyasətindən tədbir iştirakşılarına ətraflı məlumat verdi.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Yaqub Mahmudov 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi-praktik konfransda çıxışı zamanı ermənilərin Azərbaycana qarşı apardığı soyqırım siyasətindən tədbir iştirakşılarına ətraflı məlumat verdi. "Tarixdə ermənilərə qarşı heç vaxt soyqırım olmayıb. Onların Azərbaycana qarşı əsrlərlə davam edən soyqırım siyasətini təəssüf ki, dünya hələ də tam tanımır. Biz, cənab prezidentimizin səyi və tapşırığı nəticəsində Azərbaycan tarixini araşdırırıq. Bu araşdırmalar sayəsində biz ermənilərin əsil üzünü dünyaya bəyan edəciyik. Ermənilər tarixi Azərbaycan torpaqlarına köçürülənə qədər Cənubi Qafqaz heç zaman münaqişə zonası olmayıb. Onlar buraya keçəndən sonra buranı gərginlik ocağı kimi saxlayıblar. Ermənilərin törətdiyi faciələr  bütün dünya tarixi üçün silinməz ləkədir. Uşağın ananın bətnindən çıxarılıb anaya yedizdirilməsi harada görünüb?! Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verib. Lakin ona hələ də beynəlxalq səviyyədə tam qiymət verilməyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31