Ərəb şeyxləri Sarkisyanı devirmək üçün milyardlar ayırır

Biz qazanacağıq, həmkarlarım beş ildir zəng edirlər, deyirlər ki, Ermənistana 15 milyard investisiya qoymağa hazırıq. Bunu dünən İrəvanın İdman-Konsert Kompleksində tərəfdarları qarşısında çıxışı zamanı Qaqik Tsarukyan deyib. 

Biz qazanacağıq, həmkarlarım beş ildir zəng edirlər, deyirlər ki, Ermənistana 15 milyard investisiya qoymağa hazırıq. Bunu dünən İrəvanın İdman-Konsert Kompleksində tərəfdarları qarşısında çıxışı zamanı Qaqik Tsarukyan deyib. "Jamanak" qəzetinin məlumatına görə, Tsarukyana bu pulları Dubay və Qətər şeyxləri vəd edib. Bununla yanaşı, onun şeyxlərlə dostluq əlaqələri və həmin ölkələrdə çoxmilyonluq bizneslərinin olduğu deyilir.  Qəzet sonda bu şəxslərin adi zənginlər olmadığını, həmin ölkələrin yüksək səviyyəli milyarder rəsmiləri olduğunu xatırladıb.

Xatırladaq ki, ötən günlərdə Sarkisyan BƏƏ-ə səfər edərək oradan investisiyalar cəlb etməyə çalışmışdı. Görünür, ərəb şeyxləri müxalif "Tsarukyan" ittifaqına daha çox investisiya qoymağa can atır, nəinki Sarkisyan hakimiyyətinə. Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31