Sergey Lavrov: "Azərbaycan bizə yardım edib"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın bu ölkəyə yardımlarını yada salıb. Bu barədə Sergey Lavrov "Arqumenti i faktı" nəşrinə müsahibəsində bildirib.
29 Mart 2017 14:53 SiyasətRusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın bu ölkəyə yardımlarını yada salıb. Bu barədə Sergey Lavrov "Arqumenti i faktı" nəşrinə müsahibəsində bildirib.
"2010-cu ildə Torfluqlarda baş verən yanğının fəsadlarının aradan qaldırılması Azərbaycan, Belarus, Ermənistan, İtaliya, Bolqarıstan, Qazaxıstan, Fransa, Polşa, Türkiyə və Latviya fövqəladə hallar xidmətlərindən yardım alınıb", - Rusiya XİN rəhbəri bəyan edib. Lavrov vurğulayıb ki, 2012-ci ildə Azərbaycan və Belarus daşqınlardan əziyyət çəkən Krasnodar diyarının sakinlərinə də humanitar yardım göndərib. Azvision.az