Gündəm
Salyanda yeni avtomobil yolu çəkilir
“Azəravtoyol” ASC tərəfindən ölkə boyu həyata keçirilən işlər çərçivəsində Salyanda 4 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, torpaq və çınqıl örtüklü olan 16 km-lik Qaraçalar - Düzənlik- Peyk- Birinci Varlı avtomobil yolunda yenidənqurma işləri çərçivəsində hazırda yol yatağının inşası işləri aparılır.
Gənclər Üçün Sosial və Ədalətli Avropa konqresi keçirilir
Gənclər Təşkilatları Milli Şurasının beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə "Gənclər Üçün Sosial və Ədalətli Avropa" konqresində Azərbaycanı təmsil edir. Bu barədə məlumat “OLAYLAR”-a Milli Şuradan daxil olub.
"Aprel döyüşləri Azərbaycan tarixində qızıl hərflərlə yazılan şanlı səhifədir"
Aprel döyüşləri Azərbaycan tarixində qızıl hərflərlə yazılan şanlı səhifədir. Bu fikri "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.
"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənəcəyinə ümid qalmayıb"
Hazırda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənəcəyinə ümid tamamilə qalmayıb. Bunu Avropa və Mərkəzi Asiya üzrə Böhran Qrupu proqramının rəhbəri Maqdalena Qrono martın 29-da Yerevanda keçirdiyi mətbuat konfransında bidlirib.
Qətər dünya çempionatı ilə bağlı Azərbaycana müraciət edib
Azərbaycan Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına işçi göndərəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovbildirib ki, 2022-ci ildə Qətərdə keçiriləcək mundialla bağlı 200 milyard dollar investisiya qoyulacaq:
Ronaldu Peleyə yaxınlaşır, azərbaycanlıya çox var
Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldu qollarını sıralamaqda davam edir. Ulduz futbolçu İsveçlə keçirilən yoldaşlıq görüşündə (2:3) bir dəfə fərqlənərək, millinin heyətində vurduğu qolların sayını 71-ə çatdırıb.
“Metsamor AES: region üçün ekoloji bomba”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunda bu müəssisənin baş elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin rus dilində çapdan çıxmış “Metsamor AES: region üçün ekoloji bomba” kitabının təqdimat mərasimi keçirilib.
Ankara Universitetinin dosenti ADU-da mühazirə oxuyub
Martın 28-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribovanın təşkilatçılığı ilə Ankara Universitetinin dosenti Ömər Kutlu “Bolonya süreci ve Yeterlikler” mövzusunda mühazirə oxuyub. Universitetin professor-müəllim heyətinin iştirak etdiyi mühazirədə Ö.Kutlu “Bilgi-becerik-yetkinlik” adlı slayd nümayiş etdirib, Bolonya sisteminin tarixi, təhsilin müxtəlif sahələrində tətbiq olunması barədə ətraflı məlumat verib.
Nağdsız ödəniş dövlət orqanları üçün tam şəffaf sistemin yaradılması baxımından aktualdır
Artıq bir neçə aydır ki, ölkədə nağdsız hesablaşmalar tətbiq edilir. 2017-ci il yanvarın 1-dən qüvvəyə minmiş «Nağdsız hesablaşmalar haqqında» Qanun əsasında tətbiq edilən bu üsul ilk növbədə şəffaflıq prinsipinə xidmət edir.
Gec yaşda ana olmağın ÜSTÜNLÜKLƏRİ
Danimarkanın Orxus Universitetinin alimləri gec yaşda ana olmağın bir çox pozitiv cəhətlərini müəyyənləşdiriblər. Ekpsertlər bunun üçün 4741 qadını müşahidə ediblər.
Komitədən xəbərdarlıq: Təkuşaqlı ailələrin sayı daha da arta bilər
Azərbaycanda əhalinin son 2 siyahıya alınmasına görə, 1 və 2 uşaqlı ailələrin sayı artıb, 3-4 və daha çox uşaqlı ailələrin sayı azalıb. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirib.
Polşa konsulluğuna hücumda Rusiya izi
Polşanın Ukraynanın Lutsk şəhərindəki Baş konsulluğuna hücum terror aktıdır. Bunu Polşanın Lutskdakı konsulu Kşiştof Savitskiy bildirib. “Bu əsl terror aktı idi. İnsanları öldürmək istəyirdilər"” - diplomat yerli “Volın 24” nəşrinə deyib. Hücum ötən gecə yerli vaxtla 00:30-da reallaşıb.
“Sənət, mənim azad ruhumdursa...” – Elşən İsmayıl
Müsahibimiz, qısa bir zamanda mətbuatda öz dəsti-xəttiylə tanınan, xüsusi üslubuyla digərlərindən seçilən, mətbuatda yayımlanan onlarla hekayənin, essenin, elmi-publisistik və siyasi məqalənin, şeirin müəllifi, milli mövzulu 3 filmin, 5 tamaşanın yaradıcısı istedadlı gənc yazar və rejissor Elşən İsmayıldır.
Bakı-Horadiz qatarının hərəkət qrafiki dəyişir
Martın 29-dan etibarən Bakı-Horadiz-Bakı sərnişin qatarının hərəkət qrafikində müvəqqəti olaraq dəyişiklik edilir. Bu barədə məlumat “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, Vətəgə-Xələc mənzilində aparılan əsaslı təmiri ilə əlaqədar olaraq 29.03.2017-ci ildən 07.04.2017-ci ilədək 672/671 saylı Bakı- Horadiz-Bakı sərnişin qatarı İmişli stansiyasına kimi hərəkət edəcək.
Avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq
“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.












.jpg)

