Salyanda yeni avtomobil yolu çəkilir
“Azəravtoyol” ASC tərəfindən ölkə boyu həyata keçirilən işlər çərçivəsində Salyanda 4 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, torpaq və çınqıl örtüklü olan 16 km-lik Qaraçalar - Düzənlik- Peyk- Birinci Varlı avtomobil yolunda yenidənqurma işləri çərçivəsində hazırda yol yatağının inşası işləri aparılır.
29 Mart 2017 14:51 Sosial"Azəravtoyol" ASC tərəfindən ölkə boyu həyata keçirilən işlər çərçivəsində Salyanda 4 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, torpaq və çınqıl örtüklü olan 16 km-lik Qaraçalar - Düzənlik- Peyk- Birinci Varlı avtomobil yolunda yenidənqurma işləri çərçivəsində hazırda yol yatağının inşası işləri aparılır. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə isə xüsusi qum-çınqıl qarışığından ibarət material tökülərək yenidən kipləşdirmə işləri görülür. Daha sonra yol geyiminin əsasının tikintisi işləri aparılacaq. Yol əsası qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət olacaq. Avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur. Yenidənqurma işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə 54 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yol kənarına təhlükəsizlik dirəkləri qoyulacaq və yola üfiqi nişanlama xətləri çəkiləcək. Bundan başqa, yolun altından suların ötürülməsi üçün 6 yerdə uzunuqları 12 metr olan dəmir borular da quraşdırılacaq. Qeyd edək ki, kənd yolunun tikintisi 4 yaşayış məntəqəsinin 8 mindən çox əhalisinin gediş-gəlişi xeyli yaxşılaşacaq, yük və sərnişin daşıması asanlaşacaq.