Gündəm
Sarkisyanın ölüm qorxusu
“Aprelin 2-i Ermənistanda parlament seçkiləridir. Bu səbəbdən Sərkisyan 2 aydır vurnuxur”. “OLAYLAR”-ın xəbərinə görə, Belə bir açıqlama ilə millət vəkili Elşən Musayev çıxış edib.
Azərbaycan nümayəndə heyəti Avropa Şurasında
Martın 27-dən 31-dək Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin “Qaçqınların uğurlu inteqrasiyası məqsədi ilə təmərküzləşdirmə siyasəti” mövzusuna həsr edilmiş 32-ci plenar sessiyası keçirilir.
Mstislav Rostropoviçin 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Mstislav Rostropoviçin 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Baş İdarədən “Olaylar” – a bildirilib ki, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Mədəniyyət işçiləri Həmkarlar İttifaqının sədri Cəmilə Səttərova, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.
Berndə “Multikulturalizm və dinlərarası dialoq: Azərbaycan və İsveçrə modeli” mövzusunda konfrans
İsveçrənin Bern şəhərində Azərbaycanın bu ölkədəki səfirliyinin və “İsveçrə Dinlər Evi-Mədəniyyətlərin Dialoqu” Assosiasiyasının təşəbbüsü ilə “Multikulturalizm və dinlərarası dialoq: Azərbaycan və İsveçrə modeli” mövzusunda konfrans keçirilib. Mərkəzdən “Olaylar” – a bildirilib ki, konfransdan öncə Azərbaycan nümayəndə heyəti konfransın keçirildiyi Dinlər Evi ilə tanış olub, “İsveçrə Dinlər Evi-Mədəniyyətlərin Dialoqu” Assosiasiyası İdarə Heyətinin üzvləri ilə görüş keçirilib.
Ukraynadan Ermənistana “Eurovision” qadağası
Ermənistanı may ayında Kiyevdə keçirilən “Eurovision 2017” mahnı müsabəqəsində təmsil etməli olan Artsvik Arutyunyanın da Ukraynaya girişi qadağan edilə bilər.
Hava yağmursuz keçəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq.
Cem Yılmaza qarşı gözlənilməz ittiham
İstanbul Texnik Universitetinin professoru Orhan Kural Cem Yılmazın prodüseri olduğu "Deli Aşk" filminə görə şikayətçi olub. O, "Mən Cem Yılmazın tütün şirkətləri tərəfindən gizli sponsor olaraq istifadə edildiyini düşünürəm" deyib.
Psixoloq: “İnsanların həyatını təhlükəyə atan avtoxuliqanlarda psixoloji problemlər ola bilər”
“Avtoxuliqanlığı məşğuliyyət halına gətirərək insanların həyatını təhlükəyə atmaqdan zövq alan məsuliyyətsiz sürücülərdə müəyyən psixoloji problemlər ola bilər”. Bunu psixoloq Gülnarə Muxtarova deyib.
Sarkisyan müdafiə naziri olmaq istəyir “Aykakan jamanak”
Prezidentlik səlahiyyəti başa çatdıqdan sonra Serj Sarkisyan Ermənistanın müdafiə naziri olmaq istəyir. Bu barədə “Aykakan jamanak” nəşri yazıb. Məlumatda qeyd edilib ki, bu, artıq onun tərcümeyi-halında üçüncü dəfə baş verəcək. O da vurğulanıb ki, Sarkisyan Qarabağdakı erməni hərbçilərinin qarşısında çıxışı zamanı bunu istədiyini vurğulayıb.
Sarkisyanın Qarabağdakı bəyanatları erməni mətbuatının hədəfində
Martın 25-də Ermənistan prezidenti Serj Sarkisyanın işğal altında olan Dağlıq Qarabağa səfəri və həmin səfərdə onun tərəfindən səslənən bəyanatlarının ardınca, ölkənin müxalifətyönlü KİV-ləri bu bəyanatları qeyri-ciddi fonda ictimailəşdirməkdə davam edirlər.
Saatlarla dezodorantdan istifadə edən 12 yaşlı qız ölüb
İngiltərədə saatlarla dezodorantdan istifadə edən 12 yaşlı Peyge Dautri ölüb. Anasının dediyinə görə, o, bədən təmizliyinə, xüsusən də, qoltuq altından gələn iylərə qarşı həsas idi. Peyge bu səbəbdən saatlarla dezodorantdan istifadə edib.
31 Mart soyqırımına dünyada lazımi qiymət verilməyib
“1918- ci ilin mart ayında erməni nasistləri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırıma dünya hələ də lazımi hüquqi qiymətini verməyib. Azərbaycan isə bu istiqamətdə ciddi addımlar atmaqda davam edir”. Bunu Bakı şəhər Gənclər İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov deyib.
Sarkisyanın hədəsinin arxasında seçkilərdə qalib gəlmək istəyi dayanır
Serj Sarkisyan işğal altındakı torpaqlara gedərək oradan bizi "İskəndər"lə hədələyib və onun bu hədəsinin 2 apreldə keçirilcək seçkiylə bağlı olduğu hər kəsə aydındır. Bu sözləri millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, bu hədəni heç də öz partiyası üçün daha çox səs qazanmaq məqsədilə səsləndirmir: ”Axı onun partiyasının əsas "elektoratı" ölülər və ölkədən çıxıb gedənərdir ki, birincilər istəsələr belə Sarkisyanın nə dediyini eşitmirlər, ikincilər isə eşitmək belə istəmirlər. Sarkisyanın "İsgəndər"lə oynamasının və "İskəndər" oynatmasının arxasında bu durur ki, parlamentli respublikaya keçəndən sonra da yeridəcəkləri vassallıq siyasətinə haqq qazandırsın”.
ABŞ-ın münaqişənin həlli ilə bağlı yeni planı nə vəd edir?
“Dağlıq Qarabağ münaqişəsinin həllini ATƏT-in Minsk qrupundan çıxarıb, BMT çərçivəsinə daxil etməyin heç bir mənası olmayacaq. Əgər BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə əlaqədar 4 qətnaməsi yerinə yetirilmirsə, daha bir qətnamənin qəbulu və onun yerinə yetirilməməsinin bizim üçün nə faydası ola bilər? Əsas məsələ mövcud olan qətnamələrin yerinə yetirilməsi mexanizminin həyata keçirilməsidir”. Bunu politoloq Fikrət Sadıqov deyib.
"Tap layihəsi Azərbaycan - Avropa əməkdaşlığının yeni mərhələsidir"
"İtaliyanın Dövlət Şurasının TAP layihəsinin tikintisinə icazə verməsi gözlənilən idi". Bu sözləri millət vəkili Azər Badamov deyib.














