Azərbaycan nümayəndə heyəti Avropa Şurasında
Martın 27-dən 31-dək Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin “Qaçqınların uğurlu inteqrasiyası məqsədi ilə təmərküzləşdirmə siyasəti” mövzusuna həsr edilmiş 32-ci plenar sessiyası keçirilir.
29 Mart 2017 13:42 SiyasətMartın 27-dən 31-dək Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin "Qaçqınların uğurlu inteqrasiyası məqsədi ilə təmərküzləşdirmə siyasəti" mövzusuna həsr edilmiş 32-ci plenar sessiyası keçirilir. Bu barədə "OLAYLAR"- a Konqresin plenar iclasında iştirak edən Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov məlumat verib. O, bildirib ki, sessiya öz işinə başlamazdan öncə ilk olaraq 27 mart tarixində Avropa Şurasında təmsil olunan partiyaların görüşü keçirilib. Azərbaycan nümayəndə heyətinin üzvləri aid olduqları müvafiq partiyaların iclaslarında iştirak etmişlər. 32-ci sessiyanın birinci günündə, 28 mart tarixində Konqresin plenar iclası baş tutmuşdur. İclası Konqresin prezidenti Qudrun Mosler-Ternstrem açaraq gündəlik məsələləri səsləndirdi. Sessiyanın gündəliyində duran məsələlər - Konqresin 2018-2019-cu illərə dair büdcənin təsdiqi və resurların müəyyənləşdirilməsi ətrafında Fransa Respublikasının və Rusiya Federasiyasının nümayəndələri çıxış etmişlər. Daha sonra Avropa Şurasının baş katibi Turbyorn Yaqland bəyanatla çıxış edib və ona ünvanlanan suallara cavab verib. Bələdiyyə sədri sonda qeyd edib ki, plenar iclasdan sonra Qaraçay-Çerkesiya Respublikası günlərinə həsr olunmuş tədbirlərə start verilib.