Sarkisyanın ölüm qorxusu
“Aprelin 2-i Ermənistanda parlament seçkiləridir. Bu səbəbdən Sərkisyan 2 aydır vurnuxur”. “OLAYLAR”-ın xəbərinə görə, Belə bir açıqlama ilə millət vəkili Elşən Musayev çıxış edib.
29 Mart 2017 13:44 Siyasət"Aprelin 2-i Ermənistanda parlament seçkiləridir. Bu səbəbdən Sərkisyan 2 aydır vurnuxur". "OLAYLAR"-ın xəbərinə görə, Belə bir açıqlama ilə millət vəkili Elşən Musayev çıxış edib. O, bildirib ki, Ermənistan prezidenti əməllicə eyforiya yaşayır: "Gah Avropa turnesinə (qastroluna) çıxdı, gah sərhəddə növbəti təxribata can atdı, gah Dağlıq Qarabağdan "şirinquş" bəyənatı verdi, gah Beynəlxalq dairələrdəki quyruqbulayanlarının vasitəsilə ciddi lobbi dəstəyi qazanmağa çalışdı - amma variantların heç biri alınmadı ki, alınmadı. Öz də seçki gününün mistikasına baxın: Aprelin 2-i. Azərbaycan ordusunun son zəfərinin ildönümü". Elşən Musayev deyib ki, Sərkisyan hakimiyyətə terrorla gəlib: "Ermənistan Parlamentindəki qətliamdan sonra. Bu fakt bütün ciddi dairələrə və istintaqa məlumdur. Həmin an spikerin güllələnməsi isə Sərkisyanın killerə xüsusi sifarişi olub. Çünki, qarşıdakı siyasi proseslərdə özünə ən böyük rəqib onu görürmüş. Və...budur. Bumeranq fırlanır. Əkilən biçilir. Sarkisyan son günlər öz mühafizəsini düz 5 dəfə gücləndirib. Demək, ciddi təhdid var. Başının üstündə qara buludlar dolanır. Mənim intuisiyam deyir ki, Sərkisyan sui-qəsdin bir addımlığındadır və gəbərib cəhənnəmə vasil olmasına çox az qalıb".