Cem Yılmaza qarşı gözlənilməz ittiham
İstanbul Texnik Universitetinin professoru Orhan Kural Cem Yılmazın prodüseri olduğu "Deli Aşk" filminə görə şikayətçi olub. O, "Mən Cem Yılmazın tütün şirkətləri tərəfindən gizli sponsor olaraq istifadə edildiyini düşünürəm" deyib.
29 Mart 2017 13:27 Dünyaİstanbul Texnik Universitetinin professoru Orhan Kural Cem Yılmazın prodüseri olduğu "Deli Aşk" filminə görə şikayətçi olub. O, "Mən Cem Yılmazın tütün şirkətləri tərəfindən gizli sponsor olaraq istifadə edildiyini düşünürəm" deyib. Professor aktyorun özünün də iştirak etdiyi 2 dəqiqə 30 saniyə ərzində 26 saniyənin siqaret reklamı olduğunu söyləyib: "Filmdə bariz şəkildə spirtli içkinin də təbliğatı var. Cem Yılmaz dərdlərdən və xəstəliklərdən xilas olmasının tək çarəsini alkoqollu içkidə görür və həmin əsnada özü də içki içir. Tütün şirkətlərinin də Cem Yılmazı istifadə etdiklərini düşünürəm". O.Kural illər əvvəl çəkilən "Hababam Sınıfı" kimi filmlərdə də gəncləri siqaretə istiqamətləndirmənin olduğunu bildirib. Axşam.az