Sarkisyanın hədəsinin arxasında seçkilərdə qalib gəlmək istəyi dayanır 

Serj Sarkisyan işğal altındakı torpaqlara gedərək oradan bizi "İskəndər"lə hədələyib və onun bu hədəsinin 2 apreldə keçirilcək seçkiylə bağlı olduğu hər kəsə aydındır. Bu sözləri  millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, bu hədəni heç də öz partiyası üçün daha çox səs qazanmaq məqsədilə səsləndirmir: ”Axı onun partiyasının əsas "elektoratı" ölülər və ölkədən çıxıb gedənərdir ki, birincilər istəsələr belə Sarkisyanın nə dediyini eşitmirlər, ikincilər isə eşitmək belə istəmirlər. Sarkisyanın "İsgəndər"lə oynamasının və "İskəndər" oynatmasının arxasında bu durur ki, parlamentli respublikaya keçəndən sonra da yeridəcəkləri vassallıq siyasətinə haqq qazandırsın”.

Serj Sarkisyan işğal altındakı torpaqlara gedərək oradan bizi "İskəndər"lə hədələyib və onun bu hədəsinin 2 apreldə keçirilcək seçkiylə bağlı olduğu hər kəsə aydındır. Bu sözləri  millət vəkili Sahib Alıyev deyib.

"Sarkisyanın Azərbaycanı hədələməsi ona baha başa gələ bilər” 

Onun sözlərinə görə, bu hədəni heç də öz partiyası üçün daha çox səs qazanmaq məqsədilə səsləndirmir: "Axı onun partiyasının əsas "elektoratı" ölülər və ölkədən çıxıb gedənərdir ki, birincilər istəsələr belə Sarkisyanın nə dediyini eşitmirlər, ikincilər isə eşitmək belə istəmirlər. Sarkisyanın "İsgəndər"lə oynamasının və "İskəndər" oynatmasının arxasında bu durur ki, parlamentli respublikaya keçəndən sonra da yeridəcəkləri vassallıq siyasətinə haqq qazandırsın".

Cümşüd Nuriyev: “Ermənistan Azərbaycanı sakitləşdirməyə çalışır”

Sarkisyanın hədəsinin arxasındakı təhlükəyə gəldikdə isə bu həmin adamdır ki, aprel döyüşlərindən dərhal sonra Azərbaycanın azad etdiyi bütün torpaqların qısa zamanda geri qaytarılacağını deyirdi. Bəs nə oldu?. İkincisi, o bildirir ki, " Ermənistanın Ali Baş Komandanı lazım gələndə gözünü belə qırpmadan, "İskəndər" komplekslərinin tətbiqi barədə əmr verəcək". Amma başqa bir reallıq da var ki, Ermənistanın alilikdən uzaq başsız komandanı gözünü qırpmamış həmən "İsgəndər" kompleksi də, onun qərargahı da darmadağın edilə bilər, Necə ki aprel döyüşlərində yüksək rütbəli hərbiçilərinin toplaşdıqları qərargahlardan biri darmadağın edilmişdi. Sarkisyan onu da bilməmiş deyil ki, azərbaycanlı oğullar da cəbhənin bütün perimetrləri boyu əməliyat şəraitinə nəzarət etdikəri kimi, düşmənin cəbhədən çox-çox uzaqlarda harada nə gizlətdiklərindən də xəbərdardırlar. Həm də təkcə xəbərdar deyillər, onların sıradan çıxarılmasının yolunu da bilirlər və bunun üçün gərəkən texinka da artıqlamasıyla varımızdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31