Gündəm
"Sarkisyanın Azərbaycanı hədələməsi ona baha başa gələ bilər”
“Sarkisyanın Dağlıq Qarabağda müharibə ritorikası ilə çıxışlar etməsi onun reallıqda deyil, hələ də təsir altında qaldığı böyük Ermənistan iddiası altında yaşadığını göstərir”. Bunu deputat Aydın Mirzəzadə deyib.
Siyasi şərhçi: “Sarkisyanın açıqlamaları yalnız gülüş doğura bilər”
“Bizdə bir deyim var: vuran oğul dayısına gənəşməz. İndi bu Sarkisyan da vuran oğuldursa, buyursun, Azərbaycanı “İsgəndər” silahları ilə vursun. Təbii ki, vura bilməz. Elə onların öz içindən olanlar Sarkisyanın bu açıqlamasını qeyri-ciddi qəbul edir, lağa qoyur”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Cümşüd Nuriyev: “Ermənistan Azərbaycanı sakitləşdirməyə çalışır”
“Bu gün ATƏT-in Minsk qrupun ABŞ-ın ona verdiyi konspekt əsasında hərəkət edir. Bildiyiniz kimi aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək və ölkə parlamentli respublikaya keçid edəcək. Çünki bunlar ötən illəri də referendum elan etdilər. İndidə parlament prezidenti seçəcək. Yəni Sarkisyan dəqiq olaraq prezident olmayacaq. Bu birmənalı belədir. Bu proseslər Azərbaycanı yenidən 6 ay gözləmə mövqeyində saxlamağa xidmət edən addımdır”.
Həmvətənimiz AYİB-in Tacikistan üzrə yeni nümayəndəsi təyin olunub
Həmvətənimiz Aytən Rüstəmova Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Tacikistan üzrə yeni nümayəndəsi təyin olunub. Təyinat bankın vitse-prezidenti Filip Bennotun rəhbərliyi ilə nümayəndə heyətinin Tacikistana səfəri çərçivəsində baş tutub.
Dmitri Nazarov: "Bütün Avropa gördü ki..."
Almaniyaya qol vurduğum an həm mənim, həm də Azərbaycan xalqı üçün möhtəşəm an idi. Bu sözləri Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarov deyib. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya ilə görüşdə (1:4) millimizin yeganə qoluna imza atan 26 yaşlı yarımmüdafiəçi növbəti dəfə alman mətbuatına açıqlama verib.
Renat Dadaşovla bağlı yeni İDDİA: millimizdən imtina edir
Almaniya mətbuatı Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla bağlı yeni iddia ortaya atıb. Gənc futbolçu Azərbaycan yığmasından imtina edə bilər. Almanlar bir müddət əvvəl 18 yaşlı forvardın 1 milyon dollar və ev qarşılığında Azərbaycan millisini seçdiyini yazmışdılar.
Polşanın Ukraynadakı baş konsulluğu atəşə tutulub
Polşanın Ukraynadakı baş konsulluğu atəşə tutulub. Vitse-konsul Kriştof Savitski bu məlumatı təsdiqləyib. Hadisə gecə saatlarında Lutsk şəhərində baş verib. Hazırda baş konsulluğun ərazisi polis əməkdaşları tərəfindən mühafizə olunur.
Azərbaycan prezidenti BP-nin regional prezidentini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev martın 29-da BP şirkətinin hasilat, transformasiya və karbon üzrə baş əməliyyat rəhbəri Qordon Birreli və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzu qəbul edib.
7 yaşlı övladını vəhşicəsinə öldürən şəxslə bağlı ŞOK FAKTLAR - Silah, Fərarilik, oğurluq...
Dünən axşam saatlarında Sabirabad rayonunun Ulacalı kəndində 7 yaşlı oğlunu xüsusi amansızlıqlıa öldürən 27 yaşlı Məmmədov Röyal Şakir oğlunun əvvəllər hansı cinayətlərə görə məhkum edildiyi məlum olub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, övladının başına çəkiclə zərbələr endirərək onu vəhşicəsinə öldürən Röyal Məmmədov əvvəllər oğurluq etdiyinə və hərbi xidmətdə olarkən postu qoyub silahı ilə birgə qaçdığına görə məhkum edilibmiş.
Vaqif Əsədov: "Mən bu görüntülərdən dəhşətə gəldim" - VİDEO
Bir gün əvvəl bir neçə gəncin 07 markalı avtomobillə yüksək sürətli yolda hərəkətin əks istiqamətində hərəkət etmələrinin video görüntüləri yayılıb.
Dənizdə yeni platforma istismara verilib
“Neft Daşları” yatağında 8 istismar quyusunun qazılması üçün nəzərdə tutulan yeni 620A saylı stasionar dəniz platforması istismara verilib.
Əbülfəs Qarayev Portuqaliya səfiri ilə görüşüb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Portuqaliyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Paula Leal da Silvanı qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və Portuqaliya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
Aktrisa həbs olundu
Türkiyəli aktrisa Jülida Kuralın həbs cəzası alıb. Aktrisa “Olaylar” SadeceHaber” - ə istinadən bildirir ki, “Özgür Gündem” qəzetinin kampaniyalarına qatılan aktrisa 1 il 3 ay həbs cəzası alıb.
Dünyanın ən böyük qızıl yatağı aşkar olundu
Çinin Şandun vilayətində dünyanın ən böyük qızıl yatağı tapılıb. Çzyaodun yarımadasında tapılan yataqda 382 ton qızıl tapılıb.
Fransada quldur dəstəsinə hökm oxundu
Fransanın Bordo şəhər məhkəməsi MDB ölkələrindən olan 22 nəfər barəsində hökm çıxarıb. Qanuni oğru Artur Yüzbaşovun rəhbəri olduğu 22 nəfərlik qrup oğurluq, qaçaqmalçılıq və quldurluqda ittiham olunublar. Bordo şəhər məhkəməsi Yüzbaşov barəsində 9 il müddətinə həbs qərarı çıxarıb. Dəstənin digər üzvlərinə isə 1 ildən 8 ilə qədər cəza verilib. Yüzbaşovun dəstəsində Gürcüstan, Özbəkistan , Ermənistan və Azərbaycan vətəndaşları da olub.














