Əbülfəs Qarayev Portuqaliya səfiri ilə görüşüb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Portuqaliyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Paula Leal da Silvanı qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və Portuqaliya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
29 Mart 2017 12:11 SosialMədəniyyət və turizm naziri Əbülfəs Qarayev Portuqaliyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Paula Leal da Silvanı qəbul edib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və Portuqaliya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. Əbülfəs Qarayev Portuqaliya Respublikasının mədəniyyət nazirindən ünvanlanmış dəvətə görə təşəkkür etdi və cari ilin may ayının ortalarında Portuqaliyaya səfərinin nəzərdə tutulduğunu bildirib. Görüş zamanı sözügedən səfər çərçivəsində ölkəmizin zəngin mədəni irsinin təbliğatı ilə yanaşı Azərbaycan Respublikasının turizm şirkətlərinin iştirakı ilə ölkəmizin turizm potensialının təqdimatının təşkilinin zəruriliyi qeyd olunub. Həmçinin iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığa dair müvafiq hüquqi bazanın yaradılması istiqamətində görülən işlər müzakirə edilib. Nazir tərəfindən Portuqaliya Respublikasının rəsmilərinə ünvanlanmış cari ilin 4-6 may tarixində Bakı şəhərində 4-cü dəfə təşkil olunacaq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştiraka dair dəvət məktubları Səfirə təqdim olunub.