Gündəm

Putin Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin sayını artırıb

29 Mart 2017 12:00

Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin sayı 1 milyonu keçib. Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən, hərbi qulluqçuların sayı 1 milyon 13 min 628 nəfər müəyyən edilib. Beləliklə, Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin sayı 13 min nəfər artıb.

Peruda 10 minə yaxın insan təxliyə edilir

29 Mart 2017 11:58

Peruda daşqınlar səbəbi ilə 10 minə yaxın insan təxliyə edilir. Bunu Perunun prezidenti Pedro Kuçinski deyib.

Tarif Şurasına yeni səlahiyyət verilib

29 Mart 2017 11:56

Nazirlər Kabineti "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası"na dəyişiklik edib.

"Rabitə işi"ndə təqsirləndirilən şəxs əməliyyat olunub

29 Mart 2017 11:55

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Türkiyədə ölüm cəzası bərpa oluna bilər

29 Mart 2017 11:47

Türkiyə parlamenti aprelin 16-da keçiriləcək referendumdan sonra ölüm hökmünün bərpa olunması barədə məsələyə baxa bilər. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, müxalif partiyaların liderləri də bu layihəni dəstəkləyəcəyini deyib.

İspaniya və İtaliyadan qələbə, Portuqaliya uduzdu

29 Mart 2017 11:43

Dünyanın bir sıra ölkələrinin yığmaları yoldaşlıq oyunlarında üz-üzə gəliblər. Baş tutan görüşlərin arasında azarkeşlərin daha çox diqqətini çəkən matçlar da var. Belə ki, DÇ-2018-in seçmə mərhələsi oyununda Bolqarıstana uduzan və baş məşqçi Danni Blindi istefaya yollayan Hollandiya millisinin İtaliya ilə üz-üzə gəlib. "Narıncılar" bu görüşdə də uduzublar - 1:2.

Sankt-Peterburqda altı azərbaycanlı saxlanıldı

29 Mart 2017 11:40

Sankt-Peterburqda altı Azərbaycan vətəndaşı saxlanılıb. DİN-in Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin cinayət-axtarış bölməsinin əməliyyatçıları axtarış aparıb və altı Azərbaycan vətəndaşını saxlayıb. İlkin məlumatlara görə, əməliyyat təxminən bir ay əvvəl Mərkəzi Rayon İstintaq İdarəsinin "soyğunçuluq" maddəsi üzrə başlatdığı cinayət işi üzrə keçirilib. Məlum olub ki, saxlanılanların hamısı taksi sürücüsü kimi fəaliyyət göstərir.

Azərbaycanda kəskin abituriyent azalması - Ödənişdən sonra

29 Mart 2017 11:39

2017-ci ildə magistr pilləsinə qəbul olmaq üçün sənəd qəbulu başa çatıb. Ortaya çıxan rəqəmlər isə ötən illərdəkindən əsaslı şəkildə fərqlənir.  Bununla bağlı apardığı araşdırmanı  danışan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov qeyd edib ki, 17 mart saat 23:59-da sənəd qəbulunun başa çatmağı planlaşdırılsa da, qeydiyyatdan keçənlərin azlığı səbəbi ilə bu vaxt 28 marta qədər uzadıldı: 

Pis ruhlar qadının bədənini ələ keçirdi? - ŞOK VİDEO

29 Mart 2017 11:36

Sinqapurda xidmətçisinin qəribə hərəkətlərindən şübhələnən Nurul Baker təhlükəsizlik kameralarına baxdığı zaman tükürpədici hadisənin şahidi olub. Qeydləri izlədikdən sonra xidmətçisinin pis ruhlar tərəfindən idarə edildiyini iddia edən Baker görüntüləri sosial şəbəkədə paylaşıb. Paylaşılan videoda ağ paltar geydiyi müşahidə edilən xidmətçinin qəribə hərəkətlər sərgilədiyi görünür.

"Qarabağın paleolit düşərgələri" adlı kitab çapdan çıxıb

29 Mart 2017 11:33

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru Əsədulla Cəfərovun "Qarabağın paleolit düşərgələri" kitabı çap olunub. “OLAYLAR”-ın xəbərinə görə, "Qarabağın paleolit düşərgələri" adlı əsər Azərbaycanın qədim sivilizasiya mərkəzlərindən biri olan Qarabağın dünya şöhrətli Azıx və Tağlar qədim insan düşərgələrində aparılmış kompleks elmi tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət qalıqlarının elmi şərhinə həsr olunub.

Bakı Nəqliyyat Agentliyi maarifləndirmə tədbirləri keçirir

29 Mart 2017 11:32

Paytaxtın nəqliyyat sistemində mühüm yenilik kimi dəyərləndirilən və ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan xüsusi hərəkət zolaqlarının əhəmiyyətini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi bütün hərəkət iştirakçılarının bu zolaqlardan istifadə qaydalarına düzgün əməl etmələri ilə bağlı maarifləndirmə tədbirlərinə başlayıb.

Diaspor fəalı mükafata layiq görülüb

29 Mart 2017 11:29

Sayca 9-cu dəfə təşkil edilən “Ferrari Awards” tədbiri bu il İtaliyanın Anzio şəhərində keçirilib. İtaliya-Azərbaycan Dostluq Dərnəyindən “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirə İtalyanın idman, sənət, iş, moda, mədəniyyət ictimaiyyətindən bir çox əhəmiyyətli insanlar qatılıb.

Rusiyada zəlzələ

29 Mart 2017 11:25

Rusiyanın Kamçatka yarımadasında güclü zəlzələ baş verib. “Olaylar” “Huriyyet” - ə istinadən bildiri ki, episentrdən 85 km məsafədə yerləşən Ust-Kamçatsk qəsəbəsi yaxınlığında zəlzələnin gücü 6,6 bal gücündə olub. Verilən məlumata görə təbii fəlakət zamanı ölən və yaralanan qeydə alınmayıb.

Ter-Petrosyan: "Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır"

29 Mart 2017 11:22

1991-1998-ci illərdə Ermənistanın birinci prezidenti olmuş Levon Ter-Petrosyan hesab edir ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər tərəflərin danışıqlar apardığı sənədə uyğun olaraq Azərbaycana qaytarılmalıdır.

22 yük maşını toqquşdu: ölən və yaralananlar var

29 Mart 2017 11:21

Çində 22 yük avtomobili toqquşub. Şandun vilayətində qeydə alınan hadisə nəticəsində ən azı 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Yol polisi qəzanın səbəblərini araşdırır. İlkin səbəb kimi düzgün ara məsafəsinin götürülməməsi göstərilir.