"Qarabağın paleolit düşərgələri" adlı kitab çapdan çıxıb
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru Əsədulla Cəfərovun "Qarabağın paleolit düşərgələri" kitabı çap olunub. “OLAYLAR”-ın xəbərinə görə, "Qarabağın paleolit düşərgələri" adlı əsər Azərbaycanın qədim sivilizasiya mərkəzlərindən biri olan Qarabağın dünya şöhrətli Azıx və Tağlar qədim insan düşərgələrində aparılmış kompleks elmi tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət qalıqlarının elmi şərhinə həsr olunub.
29 Mart 2017 11:33 SosialAMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru Əsədulla Cəfərovun "Qarabağın paleolit düşərgələri" kitabı çap olunub. "OLAYLAR"-ın xəbərinə görə, "Qarabağın paleolit düşərgələri" adlı əsər Azərbaycanın qədim sivilizasiya mərkəzlərindən biri olan Qarabağın dünya şöhrətli Azıx və Tağlar qədim insan düşərgələrində aparılmış kompleks elmi tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət qalıqlarının elmi şərhinə həsr olunub. Kitabda çoxtəbəqəli Azıx, Tağlar və Şuşa paleolit düşərgələrində aparılan arxeoloji qazıntılar zamanı tapılmış arxeoloji, paleantoloji və paleoantropoloji qalıqlar arxeologiya elminin son nailiyyətləri əsasında tədqiq edilib.