Gündəm
Ailə qətliamı: eyni ailənin 5 üzvünü güllələdilər
Adananın Kozan mahalının Çokak məhəlləsində Hüseyn Doğana aid evə gələn naməlum şəxs, ya da şəxslər tüfənglə ailə üzvlərini öldürüb, qaçıblar.
Pomidorun içindən çıxan çiyələk tələbəni təəccübləndirdi
Çinin Şenyanq şəhərində yaşayan şagird Vang Xiaoven supermarketdən aldığı pomidoru dişləyəndə qəribə hisslər keçirib.
Terrorçu yanlışlığa yol verdi
“Qobelen sənəti” Xalça Muzeyində
Bütün dünyanı heyran edən 2 yaşlı gimnast - VİDEO
İranlı gimnast Arat Hüseyni "Impossible Challenge"ın münsiflərini heyrətləndirib. Çinin mərkəzi televiziyalarından birində yayımlanan proqrama qatılan 2 yaşlı Arat Hüseyni qeyri-adi bacarığını nümayiş etdirib.
Özcan, Məryəm və Aslı eyni filmdə
Aktyor və rejissor Özcan Dəniz həmkarı Məryəm Uzerli ilə birgə fotosunu paylaşıb. O, M.Uzerli və Aslı Enverlə birgə çəkildiyi yeni filminin anonsunu verib.
Burak Fahriye ilə yaşadığı evdən köçdü
Aktyor Burak Özçivit bir neçə günlük də olsa, sevgilisi Fahriye Evcendən ayrılıb. 20 gün əvvəl nişanlanan cütlük hazırda ayrı evlərdə yaşayır. Belə ki, F.Evcenin Almaniyada yaşayan valideynləri onun Murad Yıldırımla baş rolları paylaşdığı "Sonsuz aşk" filminin qala gecəsi üçün İstanbula gəliblər.
Mobil qurğuların virusa yoluxma halları 400% artıb
100 milyondan çox mobil qurğunu təhlil etmiş “Nokia” şirkətinin hesabatına görə, 2016-cı ildə mobil qurğuların zərərli proqram təminatına yoluxması halları təqribən 400% artıb. Virusa yoluxmuş cihazların payı isə 2012-ci ildən aparılan müşahidə anından etibarən maksimuma çatıb.
Sifətin tanınması texnologiyaları nadir genetik xəstəliklərin diaqnostikasında kömək edəcək
ABŞ Milli İnsan Genomu Araşdırmaları İnstitutunun alimləri sifətin təhlili sisteminin köməyi ilə nadir irsi xəstəliklərin erkən diaqnostikasını aparmağı öyrəniblər. Alimlər tərəfindən hazırlanmış alqoritm uşaqlarda Di Corc sindromunu 96,6% dəqiqliklə müəyyənləşdirir. Bu xəstəlik kifayət qədər tez-tez (6000 sağlam uşaqdan birində) rast gəlinir. Ancaq çətinlik ondan ibarətdir ki, xəstəliyin xarici əlamətləri irqdən və hətta yaşayış regionundan asılı olaraq dəyişə bilər.
“Samsung” “Galaxy Note 7” smartfonunu yenidən satışa çıxarır
“Samsung” şirkəti rəsmən elan edib ki, “Galaxy Note 7” smartfonunun təmir olunmuş versiyasının satışına başlamağı planlaşdırır. Xatırladaq ki, bundan əvvəl sözügedən smartfonda batareyaların partlamasına görə onun istehsalı dayandırılmışdı. Bu haqda “Reuters” agentliyi məlumat yayıb.
Yeni texnologiya optik-lif rabitə kanallarından daha effektiv istifadəyə imkan verəcək
İnternet şəbəkəsində ötürülən məlumatların həcminin hər ay artması ilə əlaqədar olaraq mütəxəssislər qitələr arasında trafikin çatdırılması üçün yeni üsullar axtarmaq məcburiyyətində qalırlar. Hazırda iki belə üsul mövcuddur. Birincisi, bahalı peyk interneti, digəri transokean optik-lif magistralıdır. Onların sayı durmadan artır, lakin problem kabel magistrallarının çəkilişinin çox zəif getməsi və baha olmasındadır. “Facebook” və “Nokia” şirkətləri ayrı-ayrı rabitə kanallarının məhsuldarlığının artırılması üsulunu kəşf edərək onların buraxılış qabiliyyətini təxminən 2,5 dəfə artırmağa nail olublar. Texnologiyanın geniş tətbiqi sayəsində artıq çəkilmiş optik-lif rabitə kanallarından daha effektiv istifadə mümkün olacaq.
Kiyev metrosunda qumbaralı şəxs tutuldu
Kiyev polisi metroda üzərində 5 əl qumbarası və 100 ədəd patron olan 22 yaşlı gənci saxlayıb. Bu barədə mediyaya metropoliten işçiləri xəbər verib. Məlum olub ki, 22 yaşlı gənc Xmelniski vilayətinin sakinidir. İttihamları inkar edən gənc onları metroda gördüyünü və polisə təhvil vermək üçün götürdüyünü deyib.
Kıvanç Tatlıtuğ ABŞ-da filmə çəkiləcək
Hazırda "Cesur ve Güzel" serialında çəkilən Kıvanç Tatlıtuğ ABŞ-a gedəcəyini deyib. Aktyor orada film layihəsində iştirak edəcəyini bildirib: "Serial bitdikdən sonra təxminən ay yarım boşluq var.
Yaponiyalı dizaynerdən YENİ KƏŞF - “Ağıllı” divar təqvimi
Yaponiyalı dizayner Koşo Tsuboi smartfonla sinxronlaşdırılan və planlaşdırılmış işlər haqqında informasiyanı əks etdirən “ağıllı” divar təqvimi hazırlayıb.














