Kiyev metrosunda qumbaralı şəxs tutuldu

Kiyev polisi metroda üzərində 5 əl qumbarası və 100 ədəd patron olan 22 yaşlı gənci saxlayıb. Bu barədə mediyaya metropoliten işçiləri xəbər verib. Məlum olub ki, 22 yaşlı gənc Xmelniski vilayətinin sakinidir. İttihamları inkar edən gənc onları metroda gördüyünü və polisə təhvil vermək üçün götürdüyünü deyib.

Faktla bağlı qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddələri ilə cinayət işi açılıb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31