Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə bağlı aqromeşə massivi salınacaq
29 Mart 2017 10:29 Sosial"Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2017-ci il 10 mart tarixli əmri ilə təsdiq edilmiş "Tədbirlər Planı"na əsasən il ərzində "Həsən Əliyev və Azərbaycan təbiəti" mövzusunda elmi-praktik konfrans, Akademik Həsən Əliyev adına 5 nominasiya üzrə müsabiqə, ali və orta təhsil müəssisələrində "Akademik Həsən Əliyev və ətraf mühitin mühafizəsi" adlı seminar-məşğələlər keçiriləcək. Nazirlikdən "Olaylar" - a bildirilib ki, alimin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlər sırasında "Akademik Həsən Əliyev adına aqromeşə massivi"nin salınması da nəzərdə tutulur.
Qeyd edək ki, görkəmli torpaqşünas alim, ictimai-siyasi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Əliyev Həsən Əlirza oğlu 15 dekabr 1907-ci ildə anadan olub. Görəkəmli alimin Azərbaycan təbiətinin, torpağının və suyunun mühafızəsi sahəsində xidmətləri əvəzsizdi.