Yaponiyalı dizaynerdən YENİ KƏŞF - “Ağıllı” divar təqvimi

Yaponiyalı dizayner Koşo Tsuboi smartfonla sinxronlaşdırılan və planlaşdırılmış işlər haqqında informasiyanı əks etdirən “ağıllı” divar təqvimi hazırlayıb.

Yaponiyalı dizayner Koşo Tsuboi smartfonla sinxronlaşdırılan və planlaşdırılmış işlər haqqında informasiyanı əks etdirən "ağıllı" divar təqvimi hazırlayıb.

Elektron mürəkkəb (e-ink) texnologiyası əsasında işləyən təqvim "Google" şirkətinin Yaponiyada fəaliyyət göstərən "Android Experiments" proqramı çərçivəsində yaradılıb. "Google Calendar" proqramı ilə sinxronlaşdırılan, ay və ya gün üçün cədvəli əks etdirən "Magic Calendar" zahirən adi kağız təqvimi xatırladır. Qurğunun satışa çıxarılma tarixi və digər təfərrüatlar hələlik məlum deyil. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31