Terrorçu yanlışlığa yol verdi
29 Mart 2017 10:59 DünyaÖtən gecə Türkiyənin İzmir şəhərinin Çamlıkule məhəlləsində ard - arda iki partlayış baş verib. İlkin partlayışdan sonra hadisə yerinə gələn polislər iki PKK- lı terrorçunun şəxsi avtomobillərində partlayıçı qurğu hazırladıqları məlum olub. Təxminən 20 dəqiqədən sonra 300 m uzaqlıqda məişət tullantıları olan yerdə daha bir partlayış səsi eşidilib.
"Olaylar" "Miliyyet" - ə istinadən xəbər verir ki, polis partlayış olan əraziləri mühazirəyə alıb.
Partlayıcı qurğunu hazırlayan terrorcunun biri qurğunu yerləşdirərəkən vəfat edib. Digər terrorçu isə ağır yaralanıb. Xəstəxanaya yerləşdirilən terrorçu polisə ifadə verərkən ərzidə terror hadisəsi planlaşdırdıqlarını etiraf edib. Terrorçuların kimliklərini araşdıran polis, onların ailə üzvlərinə də nəzarətə götürüb.