Ailə qətliamı: eyni ailənin 5 üzvünü güllələdilər
Adananın Kozan mahalının Çokak məhəlləsində Hüseyn Doğana aid evə gələn naməlum şəxs, ya da şəxslər tüfənglə ailə üzvlərini öldürüb, qaçıblar.
29 Mart 2017 11:16 DünyaAdananın Kozan mahalının Çokak məhəlləsində Hüseyn Doğana aid evə gələn naməlum şəxs, ya da şəxslər tüfənglə ailə üzvlərini öldürüb, qaçıblar. Hadisə 20:30 radələrində baş verib. Deyilənlərə görə, 38 yaşlıMehmet Doğan kəbinli xanımı Ayşe ilə birlikdə qardaşıgilə qonaq gedib. Onlar Hüseyn Doğanın evində oturduqları əsnada naməlum şəxs, ya da şəxslər tüfənglə evə hücum ediblər. Nəticədə evdə olan 5 nəfər öldürülüb. Ölənlərdən biri uşaqdır. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Milli.az "Haberler"ə istinadla xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31