Gənclər Üçün Sosial və Ədalətli Avropa konqresi keçirilir
Gənclər Təşkilatları Milli Şurasının beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə "Gənclər Üçün Sosial və Ədalətli Avropa" konqresində Azərbaycanı təmsil edir. Bu barədə məlumat “OLAYLAR”-a Milli Şuradan daxil olub.
29 Mart 2017 14:50 SosialGənclər Təşkilatları Milli Şurasının beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə "Gənclər Üçün Sosial və Ədalətli Avropa" konqresində Azərbaycanı təmsil edir. Bu barədə məlumat "OLAYLAR"-a Milli Şuradan daxil olub. Bildirilib ki, Almaniyanın Düsseldorf şəhərində təşkil olunan konqresin keçirilməsində məqsəd daha demokratik, sosial və ədalətli Avropanın yaradılmasında gənclərlə işin əhəmiyyətini müəyyənləşdirmək, həmçinin, Avropanın müxtəlif hissələrindən gələn ekspertlər arasında əməkdaşlığı gücləndirərək onlar arasında şəbəkəni genişləndirməkdir. 400 gənci və beynəlxalq eksperti bir araya gətirən "Gənclər Üçün Sosial və Ədalətli Avropa" konqresi 30000 iştirakçının qatıldığı "Alman Uşaq və Gənclər Rifah" konqresinin (EUROPE@DJHT) bir hissəsini təşkil edir.