Razi Nurullayev müxalifəti qınadı

“Heç kim göydən yerə zənbil ilə enməyib. Hər kəs əvəzoluna bilər, əslində əvəzolunmaz insan yoxdur. Siyasətçilər də, həmçinin”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri AXCP sədri Razi Nurullayev səsləndirib.

"Kreslo xalqa xidmət üçündür, xalqla oyun üçün yox"

"Heç kim göydən yerə zənbil ilə enməyib. Hər kəs əvəzoluna bilər, əslində əvəzolunmaz insan yoxdur. Siyasətçilər də, həmçinin". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri AXCP sədri Razi Nurullayev səsləndirib. O, bildirib ki, bunun üçün elə gələcək liderləri onlar özləri yetişdirməlidir: " Əgər siyasətçi yerini tutacaq bir neçə nəfər yetişdirmirsə, demək ki, qısqanclıqdandır. Bu qısqanclıq isə ümumilikdə xalqa, cəmiyyətə, demokratik mübarizəmizə böyük ziyan vurur. Rəhmətlik Əbülfəz Elçibəy onlarla siyasətçi yetişdirib. Yəni, siyasətçilərin yetişməsinə qısqanclıqla yanaşmayıb, onların önünü kəsməyib, mətbuata çıxmasına əngəl törətməyib, təqdim etməkdən çəkinməyib. Çünki, çox böyük düşünürdü, qoca çinar olduğuna əminliyi vardı, yarımçılıq kompleksi ilə yüklənməmişdi. Amma, onun ölümündən sonra nə baş verdi? Onun yetişdirdiyi siyasətçilər "şəxsiyyətə pərəstiş" xəstəlyinə yoluxdular və bu xəstəliyin pik nöqtəsi Stalin tipli rejimin yaradılması təhlükəsidir. Onun üçün də müxtəlif düşərgələrə aid siyasi fəallar öz aralarında söhbət zamanı da bunu geniş şəkildə danışır və müzakirə edirlər. Deyirlər ki, Allah eləməsin ki, nəticəsiz liderlik və şəxsiyyətinə vurğun ənənəvi müxalifət hakimiyyətə gəlsin, onlar bu hakimiyyətə rəhmət oxudarlar". Partiya sədri deyib ki, onlar yeni format, yeni yanaşma seçib və ənənəvi müxalifətin metodlarına və kresloya yapışma cəhdlərinə müharibə elan edib: "Üsyan hələ də davam edir. Əgər bir partiyanın üzvləri onilliklər boyu nəticəsiz fəaliyyət göstərən, səhvləri səhv ardınca edən, kiçik düşünən, qlobal düşüncədən get-gedə sürətlə uzaqlaşan sədrlərinə bağlılıq nümayiş etdirirsə, onların əvəzolunmazlıqları haqqında dastan qurursa, bu qaragürühçuluqdur, natamamlıq kompleksidir, siyasətdən xəbərsizlikdir. Fərqli yolumuzu davam etdirəcəyik, gənclərə, bacarığı olanlara qapımızı açacağıq və onların cəmiyyətimiz üçün siyasətçi, idarəçi kimi yetişməsi üçün əlimizdən gələni edəcəyik. Kreslo xalqa xidmət üçündür, xalqla oyun üçün yox".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31