Gündəm

Əli Əmirlinin əsəri beynəlxalq  festivalda

31 Mart 2017 11:33

Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının kollektivi Türkiyənin Merzifon şəhərində Rusiya, Ukrayna, Gürcüstan və digər ölkə teatrlarının iştirak etdiyi ənənəvi beynəlxalq teatr festivalına qatılıb. Bu barədə “Olaylar” – a teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımov məlumat verib.

İş adamının oğlu evində ölü tapıldı

31 Mart 2017 11:31

Türkiyənin Zonquldaq bölgəsinin Ereğli qəsəbəsində iş adamı Hasan Özdemirin oğlu evində ölü tapılıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, hadisə Müftü məhəlləsi Ömər Halis demir bulvarında yerləşən binada baş verib. 4 gün öncə gəncdən  xəbər ala bilməyən yaxınları onun evinə gəliblər.

“Ermənistanda toqquşma ehtimalı çox böyükdür”

31 Mart 2017 11:28

“Ümumiyyətlə aprelin 2-də Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin siyasi, geosiyasi vəziyyəti üçün dəyişkən bir seçkidir. Bu sırf Ermənistanın idarəçiliyini dəyişən, eləcə də onun idarəçiliyinə yanaşmanı dəyişən bir seçkidir”. Bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Lütfi Zadə adına Məntiq Olimpiadası keçiriləcək

31 Mart 2017 11:26

Aprelin 1-də Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının ilk turu-məktəbdaxili mərhələsi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olub. Bildirilib ki, olimpiadada ümumi təhsil məktəblərinin hər iki (Azərbaycan və rus) bölməsinin V-VI sinif şagirdləri iştirak edəcəklər. Məktəbdaxili mərhələdə şagirdlərə 30 test sualı təqdim olunacaq. İlk turda uğur qazanan məktəblilər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar.

Atəşkəs rejimi 128 dəfə pozulub

31 Mart 2017 11:22

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Barekamavan, İcevan rayonunun Ayqeovit, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Qaymaqlı, Bala Cəfərli kəndlərində və adsız yüksəklilərdə, Berd rayonunun Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Autizm xəstəliyi ilə bağlı müzakirələr aparılacaq

31 Mart 2017 11:20

Azərbaycanda autizm xəstəliyinə düçar olunan insanların problemləri ilə əlaqədar Milli Məclisin (MM) Səhiyyə komitəsi və Səhiyyə Nazirliyi arasında müzakirələrin aparılması və problemlərdən çıxış yolunun tapılması nəzərdə tutulur.

Gömrükçülər külli miqdarda siqaret aşkarladılar

31 Mart 2017 11:18

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "Toyota Mark-2" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı avtomobilin yük yeri ilə arxa oturacağı arasında xüsusi düzəldilən gizli saxlanc yerindən, qapılarının örtüyünün altından və arxa oturacağının altından Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan ümumilikdə 48000 ədəd "Dubao" markalı siqaretlər aşkar edilib.Faktla bağlı araşdırma aparılır.

Direktor olmaq istəyənlər üçün yeni qaydalar təsdiq edilib

31 Mart 2017 11:16

Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə yeni qaydalar təsdiq edilib.

Lütfi Zadə adına II Məntiq Olimpiadası keçiriləcək

31 Mart 2017 11:15

Aprelin 1-də Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının ilk turu-məktəbdaxili mərhələsi keçiriləcək.

Baku Shopping Festivalı çərçivəsində daha bir tədbir keçiriləcək

31 Mart 2017 11:11

Aprelin 14-də “Excelsior Hotel & Spa Baku” otelinin, FMS Models model agentliyinin dəstəyi, Lyubov Qutorova-Poyrazın rəhbərlik etdiyi Baku Fashion Night-ın təşkilatçılığı ilə moda həvəskarları üçün növbəti, altıncı “Baku Fashion Night 2017” layihəsi baş tutacaq. “OLAYLAR”-ın xəbərinə görə, layihə 2014-cü ilin aprel ayından ildə iki dəfə– Payız – Qış və Yaz - Yay mövsümlərində keçirilir.

Azərbaycan, Ukrayna və Gürcüstan arasında niyyət protokolu imzalanıb

31 Mart 2017 11:10

“Azərbaycan Dəmir Yolları” QSC-də “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədri Balçun Voytsexin başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a daxil olan məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Tramp təsdiqlədi: "Vurun!"

31 Mart 2017 11:06

ABŞ Prezidenti Donald Tramp Pentaqonun Somaliyə hava hücumu ilə bağlı tələbini təsdiq edib. Hava əməliyyatında məqsəd Somalidəki "əş-Şabab" terror təşkilatının mövqelərinə zərbə endirməkdir.

Məşhur sənətçi vəfat etdi

31 Mart 2017 10:49