Baku Shopping Festivalı çərçivəsində daha bir tədbir keçiriləcək
Aprelin 14-də “Excelsior Hotel & Spa Baku” otelinin, FMS Models model agentliyinin dəstəyi, Lyubov Qutorova-Poyrazın rəhbərlik etdiyi Baku Fashion Night-ın təşkilatçılığı ilə moda həvəskarları üçün növbəti, altıncı “Baku Fashion Night 2017” layihəsi baş tutacaq. “OLAYLAR”-ın xəbərinə görə, layihə 2014-cü ilin aprel ayından ildə iki dəfə– Payız – Qış və Yaz - Yay mövsümlərində keçirilir.
31 Mart 2017 11:11 SosialAprelin 14-də "Excelsior Hotel & Spa Baku" otelinin, FMS Models model agentliyinin dəstəyi, Lyubov Qutorova-Poyrazın rəhbərlik etdiyi Baku Fashion Night-ın təşkilatçılığı ilə moda həvəskarları üçün növbəti, altıncı "Baku Fashion Night 2017" layihəsi baş tutacaq. "OLAYLAR"-ın xəbərinə görə, layihə 2014-cü ilin aprel ayından ildə iki dəfə- Payız - Qış və Yaz - Yay mövsümlərində keçirilir. Layihənin məqsədi Azərbaycan dizaynerlərinə dəstək olmaq, həmçinin peşəkarlara və həvəskarlara fikir mübadiləsi aparmaq, dəb meyillərini müzakirə etmək və öz fikirlərini bildirmək imkanı verməkdir. Layihəni Diana Bağırovanın rəhbərliyi ilə gecə geyimi üslubunda bir neçə mövsüm ərzində sevilmiş Atelier "Desire" gənc komandası açacaq. Baku Fashion Night 2017 (1 mövsüm) Bakıda Baku Shopping Festivalının keçirildiyi dövrdə baş tutacaq və bu layihənin qonaqları təkcə Bakının modapərəstləri deyil, həm də festival keçirildiyi günlərdə Bakıya gələn xarici qonaqlar olacaq.