Gündəm

Trampın Bakıdakı layihəsi ilə bağlı ŞOK İDDİA

31 Mart 2017 12:09

ABŞ-ın yüksək vəzifəli demokrat senatorları prezident Donald Trampın şirkəti ilə Azərbaycandan olan oliqarxın şirkəti arasındakı əlaqələrin araşdırılmasını tələb ediblər.

İllərlə doğma qızını zorladı: "Əlaqəyə girmədiyim zaman anamı döyürdü"

31 Mart 2017 12:07

Türkiyədə, Eskişehirdə 44 yaşlı İ.T.-nin hazırda evli olan 22 yaşlı doğma qızı Z.A.-nı zorladığı iddiasıyla məhkəmə hökm oxuyub.   Z.A. 2 il əvvəl polis bölməsinə gedərək, doğma atası İ.T.-nın ona 8 yaşından etibarən təcavüz etdiyini deyib. İ.T. qızının şikayəti sonrası nəzarətə alınıb ​​və məhkəmə qərarı ilə həbs edilib. Eskişehir 1-ci Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan İ.T. ittihamları qəbul etməyərək qızının ona böhtan atdığını qeyd edib.

"Real" alman qapıçını transfer etmək istəyir

31 Mart 2017 12:05

Madridin "Real" klubu qolkiper mövqeyinə yeni futbolçu axtarışlarını davam etdirir. Əsas hədəflər "Mançester Yunayted"dən David De Xea, "Milan"dan Canluici Donnarumma və son olaraq "Bayer"in qapıçısı Bernd Lenodur.

Azərbaycana vizasız gələcəklər

31 Mart 2017 12:04

Sabahdan IV İslam Həmrəyliyi Oyunlarının təşkilində və keçirilməsində iştirak edən şəxslər, Oyunların iştirakçıları viza almadan Azərbaycana gələ biləcəklər. Bu, Azərbaycan prezidenti İlham Əliyevin "IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" 2 mart 2017-ci il tarixli sərəncamında əksini tapıb. Sərəncama əsasən, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il aprelin 1-dən iyulun 1-dək pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında viza almadan Azərbaycana gələ və Azərbaycandan gedə bilərlər.

Xlorofos içərək intihar edib

31 Mart 2017 11:58

Masallı rayonunda intihar hadisəsi olub.Masallı Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Mahmudavar kəndində baş verib. 

Ölkəmizdə Formula 1-in böyük azarkeş kütləsi var

31 Mart 2017 11:56

“İstənilən ölkədə ən çox izlənən televiziya idman kanalıdır. Azərbaycanda da idmanın təbliğində idman kanallarının böyük rolu var. Formula 1 yarışlarının “İdman Azərbaycan” kanalında canlı yayımlanması bu növün Azərbaycanda azarkeşlərinin çoxalmasına və inkişafına təkan verir”. Bunu Formula 1 üzrə Azərbaycan Qran Prisinin rəsmi elçisi, Formula 1 şərhçisi, f-1.az saytının baş redaktoru Rəhim Əliyev deyib.

Asim Mollazadə: “Beynəlxalq təşkilatlar Ermənistanın şıltaqlığına göz yumur”

31 Mart 2017 11:55

“Ermənistan hakimiyyəti çalışır ki, hədə-qorxu, təcavüzlə Azərbaycanı sınağa çəksin. Heç şübhəsiz ki, bütün bunlar Sarkisyanın 2 aprel Ermənistanda keçirləcək parlament seçkiləri öncəsi özünün daxili nüfuzunu qaldırması oyunları ilə bağlıdır. Amma Ermənistanın və havadarlarının siyasətində bir dəyişiklik yoxdur”. Bunu millət vəkili Asim Mollazadə deyib.

“Beynəlxalq birlik və böyük dövlətlər ədalətli mövqe tutmalıdır"

31 Mart 2017 11:53

“XX əsrin əvvəllərində, eləcə də 1918-ci ildə erməni cəlladları tərəfindən insanlığa qarşı törədilən qanlı soyqırım hadisələrini unutmamalıyıq”. Bunu öz “Twitter” səhifəsində Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov yazıb. 

Mübariz Əhmədoğlu: “Dağlıq Qarabağa ermənilər köçürülmədir” 

31 Mart 2017 11:52

“Dağlıq Qarabağ azərbaycanlılarına münasibət ATƏT-in Minsk Qrupu həmsədrləri, eləcə də Rusiya üçün testdir”. Bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

31 Mart soyqırımı ilə bağlı danılmaz dəlillər cəmlənib

31 Mart 2017 11:51

“Tarix boyu hansısa xalq başqa bir xalqa zülm edib, soyqırımı törədib. Ona görə də belə soyqırımılar onu yaşayanlar üçün böyük faciə, digər ölkələr üçünsə sadəcə bir statistikadır. Bu baxımdan ermənilərin azərbaycanlılara qarşı törətdikləri 31 Mart soyqırımını dünya yetərincə duya bilmir. Ona görə azərbaycanlılara qarşı törədilən soyrımının tanıdılması istiqamətində daha uyğun taktika seçilməlidir ”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.

Akif Nağı: “Sarkisyanın heç “İsgəndər” silahı almağa imkanı yoxdur”

31 Mart 2017 11:49

"Ümumiyyətlə Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağa səfər etməsinin özü belə qanunsuzdur. Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi də bununla bağlı beynəlxalq qurumlara rəsmi müraciət göndərdi. Təbii ki, bu cür bəyanatlarla Sarkisyan özünün gücsüzlüyünü nümayiş etdirir”. Bunu  Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Həmsədrlərin yeni planları nədən ibarətdir?

31 Mart 2017 11:47

Minsk qrupuna həmsədrlik edən ABŞ-ın təmsilçisi Riçard Hoqland Dağlıq Qarabağla bağlı yeni həlli planının olduğunu açıqlayıb, amma əslində, burada yeni bir şey yoxdur. Bu sözləri millət vəkili Sahib Alıyev deyib.

Qiyam baş tutsaydı Türkiyə 4 dövlətə parçalanacaqdı ŞOK FAKTLAR

31 Mart 2017 11:45

Əgər Türkiyədə dövlət çevrilişi baş tutsaydı bu zaman ölkənin ərazisi 4 yerə parçalanaraq, yeni dövlətlər yaranacaqdı. Türkiyənin Böyük Millət Məclisinin hakim partiyadan olan deputatı Mehmet Erdoğanın fikirlərini  “Olaymedya” saytı yazır.

31 mart soyqırımını necə tanıdaq?

31 Mart 2017 11:39

31 Mart - Dünya Azərbaycanlılarının soyqırımından bir il ötür. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovub. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb.

“31 Mart soyqırımı erməni vəhşiliyinin bariz sübutudur”

31 Mart 2017 11:34

“1918-ci il 31 Mart soyqırımı erməni vəhşiliyinin əyani və bariz sübutudur. Bu soyqırım hadisəsi ermənilərin Türk dünyasına qarşı apardıqları iyrənc və məkrli siyasəti açıq aydın ortaya qoydu”. Bunu millət vəkili Adil Əliyev bildirib.