Ölkəmizdə Formula 1-in böyük azarkeş kütləsi var

“İstənilən ölkədə ən çox izlənən televiziya idman kanalıdır. Azərbaycanda da idmanın təbliğində idman kanallarının böyük rolu var. Formula 1 yarışlarının “İdman Azərbaycan” kanalında canlı yayımlanması bu növün Azərbaycanda azarkeşlərinin çoxalmasına və inkişafına təkan verir”. Bunu Formula 1 üzrə Azərbaycan Qran Prisinin rəsmi elçisi, Formula 1 şərhçisi, f-1.az saytının baş redaktoru Rəhim Əliyev deyib.

"İstənilən ölkədə ən çox izlənən televiziya idman kanalıdır. Azərbaycanda da idmanın təbliğində idman kanallarının böyük rolu var. Formula 1 yarışlarının "İdman Azərbaycan" kanalında canlı yayımlanması bu növün Azərbaycanda azarkeşlərinin çoxalmasına və inkişafına təkan verir". Bunu Formula 1 üzrə Azərbaycan Qran Prisinin rəsmi elçisi, Formula 1 şərhçisi, f-1.az saytının baş redaktoru Rəhim Əliyev deyib.

O vurğulayıb ki, 2010-cu ildən Azərbaycanda  Formula 1 yarışlarının yayım hüququ "İdman Azərbaycan" kanalına məxsusdur: "Sadəcə olaraq hər il mövsümün əvvəlində müqavilə yenilənməlidir. Bu il texniki məsələlər və ölkəmizdə uzunmüddətli Novruz tətillərinə görə ilk yarışın yayımlanmasına gecikdik. Ancaq ikinci yarışdan başlayaraq yenə də Formula 1 "İdman Azərbaycan"da yayımlanacaq. Artıq 8-ci mövsümə başlayacağıq. Arxada qalan 7 il ərzində Formula 1-i azərbaycanlı azarkeşlərə sevdirə bilmişik. Çünki ölkəmizdə Formula 1-in böyük azarkeş kütləsi var. Bunu sosial şəbəklərdəki müzakirələrdən də görmək mümkündür. Azarkeşlər nəinki yayımı televiziyadan izləməklə kifayətlənirlər, ölkəmizdə keçiriləcək yarışda da fəal iştirak edirlər. Onlar Qran Pridə həm könüllü, həm də marşal kimi fəaliyyət göstərmək üçün müraciət edirlər. Bəzi azarkeşlər yaxın ölkələrdə baş tutan yarışları da canlı izləmək üçün səfərlər edirlər".

R.Əliyev bildirib ki, "İdman Azərbaycan" kanalında Formula 1 yarışlarının yayımının davam etdirilməsi həm bu növün daha da populyarlaşması, həm də azarkeşlər üçün vacibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31