Xlorofos içərək intihar edib
Masallı rayonunda intihar hadisəsi olub.Masallı Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Mahmudavar kəndində baş verib.
31 Mart 2017 11:58 SosialMasallı rayonunda intihar hadisəsi olub. Masallı Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Mahmudavar kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Lələyev Cəsayil Kamil oğlu yaşadığı evdə intihar etmək məqsədi ilə kimyəvi məhlul - xlorofos içib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan C.Lələyevin həyatını xilas etmək mümkün olmayıb. C.Lələyev Masallı rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31