Gündəm
Şagirdlərə sağlam qidalanmanın prinsipləri izah olunur
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə 132-134 nömrəli Təhsil Kompleksində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları Nərmin Əliyeva, Şəhla Mirzəzadə şagirdlərə "Sağlam həyat" mövzusunda treninq keçiblər.
Məhşur bəstəkarın oğlu direktor təyin edildi
"Azərpoçt" MMC –də kadr dəyişikliyi baş verib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, Ülvi Mansurov "Azərpoçt" MMC-nin yeni baş direktoru təyin edilib. Qurumdan bildirilib ki, bundan əvvəl Ü.Mansurov Azərbaycan Beynəlxalq Bankının İdarə heyəti sədrinin müavini, həmçinin "Texnikabank"ın İdarə heyətinin sədri vəzifələrində çalışıb. Məlumata görə, Ü. Mansurov məşhur bəstəkar Eldar Mansurovun oğludur.
Azərbaycan İspaniyada keçirilən festivalda uğur qazandı
İspaniyada “Fiestalonia” beynəlxalq tətbiqi sənət festivalı keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, festivalda ölkəmizi “Günxan Art” studiyası təmsil edib.
Diaspor təşkilatının mətbu orqanı işıq üzü görüb
Türkiyədə fəaliyyət göstərən Eskişehir Azərbaycanlılar Dərnəyinin mətbu orqanı – “Üç çizgi” jurnalının ilk sayı çapdan çıxıb.Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, jurnalının təsisçisi Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın, redaktoru Rza Mammadov və mətbuat müdiri Aygün Öztürkdür.
Avtomobildən 37 mobil telefon, 8 min ədəd siqaret aşkar edilib
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Sağlam gələcək mövzusunda treninq keçirilib
Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım İctimai Birliyi Tibb işçilərinin hüquqi cəhətdən maarifləndirilməsi məqsədi ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində treninq keçirilib.
Nüfuz alverinə görə sanksiyalar sərtləşdirilir
Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ilə əlaqədar tətbiq edilən cərimələrin miqdarı artırılır. Məlumata görə, bu məsə Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsində əksini tapıb. Belə ki, Cinayət Məcələsinə əsasən hazırda şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.Layihədə bu halda 6 min manatdan 10 min manatadək miqdarda cərimə və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırma təklif edilir.
Binəqədidə soyqırım qurbanları anılıb
Binəqədi rayonu ərazisində yerləşən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının akt zalında "31 Mart – Tarixin Soyqırımı" adlı tədbir keçirilib. İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elman Dadaşov və ş. iştirak ediblər. Tədbirdə soyqırımla bağlı fil nümayiş olunub.
Əbülfəs Qarayev Türk Hava Yollarının Bakı nümayəndəliyini qəbul edib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türk Hava Yollarının Bakı nümayəndəliyini qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə nümayəndəliyin müdiri Seyfullah İlyas rəhbərliyi ilə nümayəndəliyin üzvləri iştirak edib.
Hərbi Akademiyada buraxılış mərasimi keçirilib
Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzində təşkil olunmuş xarici dil kurslarında təhsil alan hərbi qulluqçuların növbəti buraxılış mərasimi keçirilib.
DİN Bakıdakı ağır qəza ilə bağlı məlumat yaydı
Martın 31-də saat 1 radələrində Yasamal rayonunun C.Cabbarlı küçəsində Bakı şəhər sakini Salman Binnətli “Mercedes” markalı avtomobili idarə edərkən yolun kənarında dayanan Yadulla Məmmədova məxsus “Mercedes” markalı avtomobilə vurub.
Prezident Aprel qələbəsinin ildönümündə hərbiçilərlə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçimizlə görüş keçirib. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı prezident.az saytı yayıb.
İŞİD-çilər avstraliyalı uşağı edam etdilər - Atasından "intiqam" almaq üçün
İŞİD-çilər avstraliyalı uşağı atasından intiqam almaq üçün edam ediblər. Avstraliyalı uşaq atası döyüş bölgəsindən qaçdığına görə İŞİD-çilər tərəfindən edam edilib.
Rusiyada 6 azərbaycanlı taksi sürücüsü tutuldu
Rusiyanın Sankt-Peterburq şəhər polisi tərəfindən həbs edilən 6 azərbaycanlı taksi sürücüsünün törətdiyi cinayətin təfərrüatı məlum olub. Sürücülər quldurluqda ittiham olunurlar.
Rusiya polisi iki ildir axtardığı azərbaycanlını tutdu
Rusiyanın Krasnoyarsk şəhər polisi iki ildən çox axtarışda olan Azərbaycan vətəndaşını həbs edib. 1987-ci il təvəllüdlü Azərbaycan vətəndaşı quldurluqda ittiham olunur. O, 2015-ci ildən Rusiya Federasiyasında axtarışda imiş. Hazırda onun başqa cinayətlərdə də iştirakı araşdırılır.














