Azərbaycan İspaniyada keçirilən festivalda uğur qazandı
İspaniyada “Fiestalonia” beynəlxalq tətbiqi sənət festivalı keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, festivalda ölkəmizi “Günxan Art” studiyası təmsil edib.
31 Mart 2017 13:00 Mədəniyyətİspaniyada "Fiestalonia" beynəlxalq tətbiqi sənət festivalı keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, festivalda ölkəmizi "Günxan Art" studiyası təmsil edib. Festivalda artıq üçüncü dəfədir iştirak edən studiyanın rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının (ARİ) üzvü Günel Hüseynova və yetirmələri (Adil Dəmirtaş, Ləman Kərimli, Leyla Mirməmmədova, Məryəm Cəfərova, Fatimə Əbdülrəhimbəyli, Vəfa Yüzbaşıyeva, Arzu İbrahimbəyova, Firəngiz Tanrıverdiyeva) 12 əsər təqdim ediblər. Təmsilçilərimizin əl işləri 3 birinci yer, üç ikinci yer, kubok və diplomlara layiq görülüb.
Qeyd edək ki, festivalın Təşkilat komitəsi təmsilçilərimizin uğurlu çıxışına görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür məktubu göndərib.