Əbülfəs Qarayev Türk Hava Yollarının Bakı nümayəndəliyini qəbul edib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türk Hava Yollarının Bakı nümayəndəliyini qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə nümayəndəliyin müdiri Seyfullah İlyas rəhbərliyi ilə nümayəndəliyin üzvləri iştirak edib.
31 Mart 2017 12:42 SosialMədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türk Hava Yollarının Bakı nümayəndəliyini qəbul edib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə nümayəndəliyin müdiri Seyfullah İlyas rəhbərliyi ilə nümayəndəliyin üzvləri iştirak edib. Görüş zamanı ötən müddət ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Türk Hava Yolları arasında Azərbaycanın zəngin turizm potensialının tanıdılması istiqamətində həyata keçirilmiş əməkdaşlıq əlaqələrinə toxunularaq, birgə fəaliyyətin daha da genişlənməsi qərara alınıb. Bundan əlavə görüşdə 10 aprel - 10 may 2017-ci il tarixinlərində ölkəmizdə ilk dəfə keçiriləcək "Bakı Ticarət Festivalı"na Türk Hava Yollarının tərəfdaşlığı, dünyanın bir sıra ölkələrinin turizm sənayesi və kütləvi informasiya nümayəndələri üçün ölkəmizə tanışıqlıq səfərinin təşkili, eləcə də Malaziya, İndoneziya, Cənubi Koreya və Yaponiyada Azərbaycanın silsilə tanışlıq tədbirlərinin təşkili müzakirə edilib.