Sağlam gələcək mövzusunda treninq keçirilib

Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım İctimai Birliyi Tibb işçilərinin hüquqi cəhətdən maarifləndirilməsi məqsədi ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində treninq keçirilib.

Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım İctimai Birliyi Tibb işçilərinin hüquqi cəhətdən maarifləndirilməsi məqsədi ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində treninq keçirilib. Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, treninqdə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin, Siyəzən Rayon Mərkəzi Poliklinikasının, Şabran Rayon Mərkəzi Xəstəxanasının və Xızı Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri iştirak edib.Tibb işçilərinin hüquq və vəzifələri, həmin hüquqların müdafiəsinin həyata keçirilməsi habelə şikayətlərin araşdırma taktikasına dair praktiki tövsiyələr haqqında mühazirələrlə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri E.Əzizov və s. çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31