Şagirdlərə sağlam qidalanmanın prinsipləri izah olunur

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə 132-134 nömrəli Təhsil Kompleksində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları Nərmin Əliyeva, Şəhla Mirzəzadə şagirdlərə "Sağlam həyat" mövzusunda treninq keçiblər.

Fonddan "Olaylar" - a bildirilib ki, tədbiri giriş sözü ilə açan Bilik Fondunun əməkdaşı Aynur Seyidova bildirib ki, 132-134 nömrəli Təhsil Kompleksində təşkil olunan treninq 22 iyun 2016-cı il tarixində Bilik Fondu ilə İSİM arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən maarifləndirmə istiqamətində həyata keçirilən silsilə tədbirlərin davamıdı. 

İSİM-in əməkdaşları treninqdə uşaq və yeniyetmələrlə aid sağlam qidalanmanın əsas prinsipləri haqqında ətraflı məlumat veriblər. Nümayiş olunan slaydlarda xeyirli və zərərli qidaların konkret adları qeyd olunub və bu qidalardan istifadə qaydaları detalları ilə göstərilib.

Sağlam qidalanmanın tələblərinə əhəmiyyət verilmədiyində orqanizmdə yaşanan fəsadlardan danışan İSİM-in mütəxəssisləri tədbirin sonunda məktəblilərə maarifləndirici bukletlər paylayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31