Gündəm
"İlahiyyat" məscidi bağlanır? - Rəsmi AÇIQLAMA
"İlahiyyat" məscidində bütün dini ayinlərin icra olunması heç bir məhdudiyyət qoyulmadan, mütəmadi olaraq davam etdiriləcək. Həmin məscidin söküləcəyi və ya bağlanacağı ilə bağlı sosial şəbəkələrdə və bəzi saytlarda yayılan məlumatlar həqiqəti əks etdirmir.
Ali Baş Komandan: "İşğal edilmiş torpaqlarımızda baş verən və baş verə biləcək hadisələr bizim daxili işimizdir"
Aprel döyüşləri zamanı ermənilər beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrə müraciət ediblər ki, döyüşlər tezliklə dayandırılsın. Sonra isə onlar bəzi ölkələri ittiham etməyə başlayıblar ki, onların yardımına gəlməyiblər. Halbuki Dağlıq Qarabağ məsələsi bizim daxili məsələmizdir. Dağlıq Qarabağ bütün dünya tərəfindən, Minsk qrupunun həmsədr ölkələri tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır. Dağlıq Qarabağda və işğal edilmiş bütün torpaqlarda baş verən və baş verə biləcək hadisələr bizim daxili işimizdir. Heç bir beynəlxalq təşkilat, yaxud da ki, hansısa bir ölkə bizim daxili işimizə qarışa bilməz.
Venger: "Özil Azərbaycandan köklənmiş vəziyyətdə qayıdıb"
Almaniya milli komandasının futbolçusu Mesut Özil İngiltərənin "Arsenal" klubuna hazır vəziyyətdə qayıdıb. Bu barədə klubun baş məşqçisi Arsen Venger açıqlama verib. Fransalı mütəxəssis Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçında çıxış etmiş türk əsilli yarımmüdafiəçinin zədəsinin tam sağaldığını bildirib: "Özil yenidən meydana çıxmağa hazırdır. O, Azərbaycanda 20 dəqiqə oynayıb. Oyundan köklənmiş vəziyyətdə qayıdıb və bu həftə xeyli çalışıb".
Moldovalı məşqçi: "Azərbaycanda dostlarım çoxdur"
Futzal üzrə Moldova milli komandasının baş məşqçisi Vladimir Vusati yoxlama oyununda yığmamıza 2:3 hesabı ilə uduzduqları oyundan danışıb. Vusati çoxlu azərbaycanlı dostunun olduğunu bildirib: "Uzun müddət böyük futbolda çalışmışam, PRO kateqoriyalı məşqçiyəm. Azərbaycanda dostlarım çoxdur. Rəhmətlik Əhməd Ələsgərov müəllimim olub. Ondan çox şey öyrənmişəm. O, həm də Moldova futbolunun əfsanəsi hesab edilirdi. Ağasəlim Mircavadov, Vaqif Sadıqovla tez-tez əlaqə saxlayıram.
Prezident: "Aprel döyüşləri göstərdi ki, Ermənistan xarici yardım almadan torpaqlarımızı işğal altında saxlaya bilməz"
Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı ki, onların güclü ordusu var və bu ordu böyük qələbə əldə etmişdir. Halbuki biz hamımız yaxşı bilirik ki, 1990-cı illərin əvvəllərində nələr baş vermişdir. Prezident İlham Əliyev bu fikirləri aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə söyləyib.
Sumqayıtda 7 otaqlı ev yanıb
Sumqayıt şəhərində 7 otaqlı evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərin H.Z.Tağıyev qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan birmərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 100 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Həyat yoldaşını qətlə yetirən saxlandı
Həyat yoldaşı Afəti bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Qəbələ rayonunun Böyük Pirəlli kənd sakini Vaqif Ağababayev tutulub. Bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 30-da Qəbələ şəhərində Böyük Pirəlli kənd sakini Vaqif Ağababayev ailə münaqişəsi zəminində həyat yoldaşı Afətə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən Afət orada ölüb. V.Ağababayev RPŞ-nin əməkdaşları tərəfindən tutulub.
Aprel ayına olan hava proqnozu
Azərbaycanda aprel ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.
Küləkli havada dənizə aparılan neftçilərlə bağlı açıqlama
Küləkli hava şəraiti ilə bağlı Xəzər dənizindəki platformalarda təhlükəsizlik tədbirləri gücləndirilib. Dalğaların hündürlüyünün artması səbəbindən dənizdə gəmilərin hərəkəti məhdudlaşdırılıb. Neftçiləri isə yalnız helikopterlər vasitəsi ilə platformalara daşımaq mümkündür.
"Qarabağ əsirlər və girovlar. Közərən xaç” filmi təqdim olunub
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası tərəfindən “Qarabağ əsirlər və girovlar. Közərən xaç” filminin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Mətbuat Şurasının rəsmiləri, media kapitanları, QHT nümayəndələri iştirak ediblər.
ATƏT sədri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BƏYANAT verdi
ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurz bu gün Minsk qrupu həmsədrlərinin son bəyanatlarında həmsədrlərin tərəfləri siyasi həll prosesində iştirak etməklə bağlı çağırışlarına qoşulub.
İri dalğalar faciəyə səbəb oldu - VİDEO
İspaniyadakı Tenerife adalarında bədbəxt hadisə baş verib.İri dalğa qayanın üzərində olan 4 nəfəri dənizə atıb. Onlardan ikisi boğulub, biri isə hələ tapılmayıb.
Məşhur pilot 43 illik bolidlə yürüş edəcək
Batton Fottipaldinin bolidində nümunəvi yürüş edəcək. Formula-1 yarışlarının 2009-cu il çempionu, hazırda "Maklaren"in səfiri olan Censon Batton Emerson Fottipaldinin 1974-cü ildə çempion olduğu "Maklaren"M23 bolidində nümunəvi yürüş edəcək. Bu, avqust ayında Monterey Motorsports Reunion festivalında baş tutacaq.
"Dağlıq Qarabağ nizamlanmasının bir çox aspektləri artıq razılaşdırılıb"
Ölkələrimiz arasında diplomatik əlaqələr 25 il əvvəl qurulub və bu vacib yubileyi aprelin 4-də qeyd edəcəyik. Lakin yaxşı məlumdur ki, Rusiya və Azərbaycan xalqları arasında əlaqələrin əsrlərlə tarixi var.
Məsciddə partlayış
Pakistanda dəhşətli partlayış olub. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, partlayışda ən az 11 nəfər həlak olub. Hadisə ölkənin Əfqanıstanla sərhəddində yerləşən Paraşınar şəhərində baş verib. Helikopterlərin 60 yaralını xəstənaya çatırdığı bildirilir. Ən çox şiələrin yaşadığı şəhərdə baş verən partlayış mərkəzdə yerləşən məscidin qadınlar üçün ayrılmış giriş hissəsinin yaxınlığında baş verib. Şəhərdəki Əl Cezirə kanalının müxbirinin verdiyi məlumata görə yaralıların vəziyyəti ağırdı.














