Gündəm

Keçmiş məhkumdan “AKMS” markalı silah götürülüb

31 Mart 2017 15:01

Bakı şəhər sakinində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Seyfullayevdən nömrəsi silinmiş “AKMS” markalı silah, 1 patron darağı və 25 ədəd patron götürülüb.

Prezident İlham Əliyev: "Aprel döyüşləri zamanı biz, sadəcə olaraq, imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik"

31 Mart 2017 14:58

Prezident, Ali Baş Komandan İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə bildirib ki, aprel döyüşləri zamanı biz, sadəcə olaraq, imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik.

“Banklar iş adamlarına çox çətinliklər yaradıblar”

31 Mart 2017 14:56

Azərbaycanın bank sektorunda ciddi islahatların aparılması nəzərdə tutulur. Hazırda bu məqsədlə qanunvericilk bazasının təkmilləşdirilməsi işi aparılır. Artıq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Banklar haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəsi aparılıb. Lakin sənədin müzakirəsi millət vəkillərinin fikir ayrılığına səbəb olub. Belə ki, deputatlar qanun layihəsində nəzərdə tutulan dəyişiklikləri müsbət  addım kimi dəyərələndirsələr də,   bank sektorunda ciddi problemlərin qaldığını əsas gətirərək təklif olunan dəyişikliklərin nə dərəcədə effektiv olacağına şübhə ilə yanaşıblar.

Həmsədr dövlətlər daha çox öz aralarında qlobal savaş aparırlar

31 Mart 2017 14:54

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfəri adu “turist səfəri” olduğundan heç bir yeniliklə yadda qalmadı. Eyni- marşurut, eyni məqsəd və eyni abu-hava ilə bölgəyə növbəti səfərlərini edən həmsədrlər tanış bəyənatla işlərini bitmiş hesb etdilər. 25 ildən artıqdır ki, dünyada söz sahibi olan dövlətlərin nümayəndəlrinin təmsil olunduğu Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə iynənin ucu qədər də töhvə verə bilmirlər. Maraqlıdır, nədən Rusiya, Fransa, ABŞ kimi dünyada söz sahibi olan dövlətlər Qarabağ düyününün həllində acız qalıblar?    

Azərbaycan sosial siyasətə sadiqlik nümayiş etdirir

31 Mart 2017 14:52

Azərbaycan qlobal səviyyədə baş verən mənfi iqtisadi tendensiyalara rəğmən öz inkişaf tempini davam etdirir. İstər 2016-cı ilin yekunları və əldə edilən müsbət nailiyyətlər, istərsə də cari ilin ilk üç ayı ərzində iqtisadi sahədə qeydə alınan müsbət dinamika belə deməyə əsas verir.

31 Mart soyqırımı qan yaddaşımızın ən ağrılı səhifələrindəndir

31 Mart 2017 14:47

Azərbaycan Texniki Universitetində (AzTU) 31 Mart soyqırımı ilə bağlı anım tədbiri keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, AzTU-nun rektor əvəzi Xalıq Yahudov soyqırımı haqqında danışarkən bildirib ki, bu qətliam ermənilərin uzun illərdən bəri reallaşdırmağa çalışdığı bir vəhşilik idi.

Zərərli və radikal dini təriqətlərə qarşı mübarizə müzakirə edilib

31 Mart 2017 14:46

Ağcabədi Rayon İcra Hakimiyyəti, rayon prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidmətinin Ağcabədi rayon şöbəsi, rayon Polis şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin tədbirlər planına əsasən zərərli və radikal dini təriqətlərə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədov çıxışında İslam dini və onun fəlsəfəsindən bəhs edib. Ənənəvi dini cərəyanlar haqqında məlumat verən S. Səmədov zərərli dini təriqətlərin yaranması, inkişafı və müasir vəziyyəti barədə də geniş məlumat verib. Tədbirdə mövzu ilə bağlı çıxış edən digər natiqlər zərərli dini cərəyanlara qarşı aparılan mübarizə metodlarından danışıblar.

Təmayül siniflərin yaradılması ilə bağlı nazirlikdən AÇIQLAMA

31 Mart 2017 14:45

Şagird sayı təmayül və yaxud adi siniflərin yaradılması üçün yetərli olan bütün məktəblərdə həmin siniflər təşkil ediləcək.  Təhsil Nazirliyindən verilən məlumata görə, hazırda respublikanın 5 şəhər və 36 rayonunu əhatə edən 182 məktəbdə təmayül sinifləri fəaliyyət göstərir. Hər bir təmayül istiqaməti üzrə ayrıca tədris plan və proqramları hazırlanıb təsdiq edilib. Təmayül istiqamətləri üzrə tədris planlarında həftəlik 30 dərs saatı müəyyən olunub.

Prezident İlham Əliyev: "Aprel döyüşləri demək olar ki, Ermənistanın ideoloji əsaslarını dağıtdı"

31 Mart 2017 14:29

Aprel döyüşləri demək olar ki, Ermənistanın ideoloji əsaslarını dağıtdı. Bu gün Ermənistan cəmiyyəti sarsıntı, təşviş içindədir. Artıq vəziyyətə daha praqmatik baxımdan yanaşan qüvvələr açıq-aydın bildirirlər ki, əgər Azərbaycan ilə münasibətlər yoluna qoyulmasa, Ermənistanın gələcəyi yoxdur. Prezident İlham Əliyev bu fikirləri aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə söyləyib.

Azərbaycanlıların soyqırımı birləşdirici ideologiyaya çevrilməlidir

31 Mart 2017 14:26

Ermənilərin azərbaycanlılara qarşı XX əsrin əvvəllərində həyata keçirdikləri dəhşətli soyqırımın 99-cu ildönümü tamam olur. Ertiraf etmək lazımdır ki, müstəqillik illərinə qədər Azərbaycan xalqı bu tarixi gerçəklikdən, başına gətirilən fəlakətdən məlumatlı deyildi. Əksinə sovetlər bizə bolşevik və daşnaqları xilaskar kimi qələmə verirdi. Lakin Azərbaycan öz müstəqilliyinə qovuşandan sonra bir çox tarixi gerçəkliklər, eləcə də müxtəlif illərdə xalqımızın başına gətirilən müsibətlər barədə ətraflı məlumat verildi, tarix olduğu kimi Azərbaycan xalqına çatdırılmağa başladı. Hazırda əsas iş, fəaliyyət 31 mart-Azərbaycanlıların Soyqırım Günü, eləcə də digər faciələrimiz, taxın tarixdə Xocalıda baş verən soyqırımın dünyaya çatdırılması istiqamətində qurulub. Təbii ki, bu istiqamətdə dövlətlə yanaşı, vətəndaş cəmiyyəti də öz fəallığını göstərir.

Ailələrin dağılmasına hansı amillər səbəb olur?

31 Mart 2017 14:22

Son illər cəmiyyətimizdə müşahidə edilən mənfi tendensiyalardan biri də boşanma hallarıdır. Təəssüf doğuran məqam ondan ibarətdir ki, qeyd edilən mənfi tendensiya təkcə yeni ailə quran cütlüklərdə deyil, eləcə də on illərin ailələrində də rast gəlinir. Düzdür, birinciyə nisbətən, ikinci hala bir qədər az rast gəlinsə də, lakin belə hallar da mövcuddur. Bir çoxları bir qayda olaraq ailələrin dağılmasını sosial problemlər, çətinliklərlə əlaqələndirsə də, lakin bütün boşanma hallarının məhz sosial problemlərdən qaynaqlandığını iddia etmək doğru olmazdı.

Hava yağmurlu olacaq

31 Mart 2017 14:18

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Arabir güclənən  şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Zabitlər: "Apreldə döyüşlər dayandırılmasa, ermənilər tab gətirə bilməyəcəkdilər"

31 Mart 2017 14:14

Biz neçə il idi ki, ötən ilin aprelindəki vəziyyəti gözləyirdik. Düşmən fikirləşirdi ki, biz o səddi aşa bilmərik. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı bölmələri Goranboyun Tap Qaraqoyunlu kəndi istiqamətində tanklarla, piyadalarla hücuma keçmişdi. Biz bu məlumatı əldə etdik və düşmənin kəşfiyyat-diversiya qrupunun qarşısını aldıq.

Shopping festivalında hansı yeniliklər tətbiq ediləcək?

31 Mart 2017 14:13

Aprel ayının 10-dan mayın 10-dək Azərbaycanda Birinci Ticarət Festivalı keçiriləcək. Sözügedən festivalda dünyada ilk rəfə olaraq bir sıra yeniliklər tətbiq olunacaq. Onlardan biri də alış-veriş zamanı ƏDV-nin vətəndaşlara qaytarılması ilə bağlıdır. Vergilər nazirinin müşaviri-Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru, baş vergi xidməti müşaviri Ələkbər Məmmədov bu məsələlərə aydınlıq gətirib.

Dolların məzənnəsi enir, qiymətlər isə artmaqda davam edir

31 Mart 2017 14:09

Mərkəzi Bankın açıqladığı rəsmi məlumata görə, bu gün 1 manat 1,7201 dollar səviyyəsində müəyyən olunub. Artıq 1 aya yaxındır ki, mili valyuta dollar qarşısında dayanıqlılıq göstərir. Amma devalvasiyadan sonra və bayramqabağı artan qiymətlər enmək bilmir.