Ailələrin dağılmasına hansı amillər səbəb olur?
Son illər cəmiyyətimizdə müşahidə edilən mənfi tendensiyalardan biri də boşanma hallarıdır. Təəssüf doğuran məqam ondan ibarətdir ki, qeyd edilən mənfi tendensiya təkcə yeni ailə quran cütlüklərdə deyil, eləcə də on illərin ailələrində də rast gəlinir. Düzdür, birinciyə nisbətən, ikinci hala bir qədər az rast gəlinsə də, lakin belə hallar da mövcuddur. Bir çoxları bir qayda olaraq ailələrin dağılmasını sosial problemlər, çətinliklərlə əlaqələndirsə də, lakin bütün boşanma hallarının məhz sosial problemlərdən qaynaqlandığını iddia etmək doğru olmazdı.
31 Mart 2017 14:22 SosialTəxminən 80-85 faiz ailədə konfliktlər baş verir
Son illər cəmiyyətimizdə müşahidə edilən mənfi tendensiyalardan biri də boşanma hallarıdır. Təəssüf doğuran məqam ondan ibarətdir ki, qeyd edilən mənfi tendensiya təkcə yeni ailə quran cütlüklərdə deyil, eləcə də on illərin ailələrində də rast gəlinir. Düzdür, birinciyə nisbətən, ikinci hala bir qədər az rast gəlinsə də, lakin belə hallar da mövcuddur. Bir çoxları bir qayda olaraq ailələrin dağılmasını sosial problemlər, çətinliklərlə əlaqələndirsə də, lakin bütün boşanma hallarının məhz sosial problemlərdən qaynaqlandığını iddia etmək doğru olmazdı. Aparılan təhlillər onu deməyə əsas verir ki, ailələrin dağılmasında daha çox psixoloji amillər, bir tərəfin digər tərəfə qətiyyən güzəşt etməməsi, ailədə ərlə arvad arasında ən adi məsələdə belə fikir ayrılığının olması və onların ortaq məxrəcə gələ bilməməsidir. Elə psixoloqlar da bu qənaətdədirlər. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Sevda Xəlilova da belə düşünür. Onun sözlərinə görə, ailə münasibətlərində ərlə-arvad arasında baş verən konfliktlər əsas rol oynayır və ailənin inkişafına mane olur. Bu da əsasən ərlə-arvadın bir-birinə olan tələbatlarının ödənilməməsindən qaynaqlanır: "Belə ki, öz "məni"nin tələblərinin ödənilməsi, bir-birinin mənlik hisslərinə hörmətsizlik, müsbət emosiyalara olan tələbatın ödənilməməsi, istirahət vaxtının təşkilinə, ərlə-arvadın tələblərinin müxtəlifliyi, müsbət emosiyalara olan tələbatın ödənilməməsi: diqqət, başa düşmək, yumşaq münasibət və s". Psixoloq hesab edir ki, bütün bunlarla yanaşı başqa faktorlar da ailə münasibətlərinə pis təsir edir: "Buna hər şeydən əvvəl ailənin inkişafında böhranlı dövrlərin olması nümunə göstərilə bilər. Bunlar hansılardır?. Ailə həyatının birinci ili - bu dövr ərlə-arvadın bir-birinə uyğunlaşması dövrüdür. Bu, iki "mən" birləşib bir "biz" olmasıdır. Bu zaman hisslər inkişaf edir, sevgi, məhəbətin bir qədər azalması, subyektlərin həyatda olduğu kimi qavranılması başlayır. Bu dövrdə gənc ailədə tez-tez konfiliktlər baş verə bilər. Belə bir dönəmdə hər iki tərəfini valideynləri gənc ailədə dəstək olmalıdır. Çünki yeni qurulmuş ailə iki-üç ilə ancaq tam olaraq formalaşır". Psixoloq bildirib ki, ikinci böhranlı dövr - uşaqların dünyaya gəlməsiylə bağlıdır: "Hələ ki tam möhkəmlənməmiş "biz" sistemi ciddi imtahanları rastlaşır. Gəlin nəzər salaq; bu zaman baş verən konfliktlərin əsasın nə təşkil edir? Uşaqların tərbiyəsində ərlə-arvadın fikir ayrılığı, uşağa xidmətləri bağlı qadın yorğunluğu (özünə diqqət göstərməmək və s), onların fəaliyyətində şəxsi maraqları ilə bağlı fərqlilik, kişidə sosial inkişaf gedir, qadında isə tam əksinə". Sevda Xəlilovanın sözlərinə görə, ailədə üçüncü böhranlı dövr - ərlə-arvadın birlikdə yaşamasının orta illərinə təsadüf olunur: "Subyektlərin bir-birindən doyması baş verir. Hisslərdə yenilik olmur. Bu dövrü hətta duyğu və hisslərin aclıq dövrü də adlandırırlar. Nəhayət, dördüncü böhranlı dövr - ərlə-arvadın münasibətlərində konfliktlər təxminən 18-24 illik aile həyatından sonra baş verməyə başlayır. Bunun baş vermə səbəbləri uşaqların ailədən getməsi (ailə qurmaqları, xaricdə təhsil alması və s.) ilə təklik hissinin baş qaldırması, arvadın emosional asılılığının artması və s. səbəblərlə bağlı olur. Beləliklə ərlə-arvadın arasında konfliktlərin baş verməsində xarici faktorların da təsiri var. Ər və ya arvadın isə həddən artıq zaman ayırması, iqtisadi çətinliklər, ailə subyektlərindən birinin işə düzələ bilməməsi, yaşayış üçün mənzilin olmaması və s". Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqunun qənaətincə, bunlarla yanaşı, makro faktorlar da ailədə konfliktlərə yol aça bilir: "Məsələn: müasir dövrdə cəmiyyətimizdə sosial vəziyyət, mənəvi dəyərlərin qiymətsizləşməsi, ailədə qadının ənənəvi vəziyyətinin dəyişilməsi qadının iqtisadi müstəqilliyi, maliyyə çətinlikləri və s. Statistik hesablamalara görə ailələrin təxminən 80-85 faizində konfliktlər baş verir, qalan 15-20 faizində isə narazılıqlar özünü göstərir".
Məhəmməd