“Banklar iş adamlarına çox çətinliklər yaradıblar”

Azərbaycanın bank sektorunda ciddi islahatların aparılması nəzərdə tutulur. Hazırda bu məqsədlə qanunvericilk bazasının təkmilləşdirilməsi işi aparılır. Artıq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Banklar haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəsi aparılıb. Lakin sənədin müzakirəsi millət vəkillərinin fikir ayrılığına səbəb olub. Belə ki, deputatlar qanun layihəsində nəzərdə tutulan dəyişiklikləri müsbət  addım kimi dəyərələndirsələr də,   bank sektorunda ciddi problemlərin qaldığını əsas gətirərək təklif olunan dəyişikliklərin nə dərəcədə effektiv olacağına şübhə ilə yanaşıblar.

Komitə sədri: "Görünməz əllər" iqtisadi proseslərə müdaxilə edir"

Azərbaycanın bank sektorunda ciddi islahatların aparılması nəzərdə tutulur. Hazırda bu məqsədlə qanunvericilk bazasının təkmilləşdirilməsi işi aparılır. Artıq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "Banklar haqqında" qanuna dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəsi aparılıb. Lakin sənədin müzakirəsi millət vəkillərinin fikir ayrılığına səbəb olub. Belə ki, deputatlar qanun layihəsində nəzərdə tutulan dəyişiklikləri müsbət  addım kimi dəyərələndirsələr də,   bank sektorunda ciddi problemlərin qaldığını əsas gətirərək təklif olunan dəyişikliklərin nə dərəcədə effektiv olacağına şübhə ilə yanaşıblar. Millət vəkili  Şəmsəddin Hacıyev  "Banklar haqqında" qanun layihəsinə təklif edilən dəyişikliyi    bank sektoruna  inzibati nəzarətin sərtləşdirilməsi kimi dəyərləndirib. Deputat fikrin onunla əsaslandırıb ki,  bank sektoruna inzibati nəzarəti gücləndirməkdənsə, onlara sərbəstlik verilməsi  və ölkə iqtisadiyyatında aktiv iştirakını təmin edən iqtisadi mexanizmlər tapılmalıdır. Bu mexanizmdən biri iqtisadiyyatın liberallaşdırılması ola bilər. Millət vəkilləri Vahid Əhmədov  və İlham Əliyev də adıçəkilən qanuna nəzərdə tutulan dəyişikliklərin yetərincə effektiv olmayacağını dilə gətitrərək,  bu sektorda daha ciddi islahatların həyaat keçirilməsinin vacibliyini dilə gətiriblər. Millət vəkillərinin səsləndirdiyi  fikirlərə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə aydınlıq gətirib. Komitə sədri bildirib ki, açıq iqtisadiyyatın həddi olmalıdır: "Çünki bir çox hallarda "görünməz əllər" açıq iqtisadiyyat şəraitində iqtisadi proseslərə müdaxilə edir. Bu da qloballaşan dünya iqtisadi şəraitində tam effekt vermir.  Bu gün dünyanın ən inkişaf edən ölkələri olan "Böyük 20-lər və" "7-lər" adlanan ölkələrin başçıları bir araya gəlib  özlərini qlobal rusqlərdən qorunmağın yollarını arayırlar,  bundan çıxış yollarını  müzakirə edərək mexanizmlər axtarırlar. Hətta, Donald Tramp ABŞ-da prezident seçildikdən sonra bundan sonra ölkə iqtisadiyyatının liberallaşmasından daha çox proteksionist, yəni, dövlətin iqtisadiyyata inzibati nəzarətinin gücləndirilməsini ön plana çəkib. O baxımdan deyirəm ki, açıq iqtisadiyyatın bir həddi olmalıdır. Dövlətin də iqtisadiyyata inzibati nəzarətinin müəyyən həddi olmalı və bu müasir tələbələrə uyğun səviyyədə həyata keçirilməlidir".  Z. Səmədzadənin sözlərinə görə, Azərbaycanın iqtisadi  inkşaf modelinin uğurlarından biri ondan ibarətdir ki,  hələ zamanında Heydər Əliyev beynəlxalq quurmların və dövlətlərinin  təzyiqlərinə baxmayaraq,  neft sektorunu, xüsusən də,  ARDNŞ-i özəlləşdirmədi: "O zaman nə qədər belə təkidlər olsa da, buna gedilmədi. Baxmayaraq ki, o zaman Azərbaycanın pulu yox idi, borc vermirdilər. İnvestorlar sərmayə qoymağa ehtiyat edirdilər və ya qoymurdular. Tələb edirdilər ki, ARDNŞ-i özəlləşdirin ki, biz  də  Azərbaycana investisiya qoyaq. Bütün bunlara baxayaraq, buna gedilmədi və zaman göstərdi ki, düz də edilib. Əgər o zaman Azərbaycanın neft sektoru özəlləşdirilsəydi başımıza hansı bəlalar  və oyunlar gələcəkdi, bilmək olmazdı. Odur ki, bir daha deyirəm, liberal iqtisadiyyatın da bir həddi olmalıdır.Birindən soruşurlar ki, niyə varlı ölkə varlı olaraq qalıb, kasıb ölkələr isə kasıb, o, isə cavabında deyib ki, kasıb ölkələr varlı ölkələrin tövsiyələrini nəzərə almayaraq, iqtisadiyyatlarını öz milli maraqlarına uyğun şəkildə qurmayıblar. O ölkə ki, inkişaf edir, həmin ölkə beynəlxalq qurumların və inkişaf etmiş ölkələrin tövsiyələrini nəzərə alaraq, öz iqtisadiyyatlarını öz milli maraqlarına uyğun şəkildə qururlar. Hesab edirəm ki, bu prinsip Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir.  Ölkə başçısı İlham Əliyev də parlamentdə çıxışında bildirdi ki,  "bizə də  tövsiyələr edilir  və biz də öz növbəmizdə milli maraqlarımıza uyğun şəkildə iqtisadi siyasətimizi qururuq. Çünki  heç də beynəlxalq təcrübələrin hamısı effektli olmur". "Banklar haqqında" qanuna nəzərdə tutulan dəyişikliyə  gəldikdə isə Z. Səmədzadə deyib ki,  banklara yetərincə  sərbəstlik verilmişdi: "Banklar 1-2 milyard dollar həcmində  kredit verir, ancaq    yoxlamır ki, verilən kreditə əsasən nə qədər iş yeri yaradılacaq. Indiyədək 75 milyard dollardan artıq  istehlak krediti verilib, ancaq  Azərbaycanda yetərincə iş yerləri yaradılmayıb. Bu istehlak kreditlərin 90 faizindən artığı xaricdən gələn mal hesabına formalaşıb. Maliyyə Bazarlarına Nəzarət Palatası da bank sektorundakı vəziyyətin monitorinqini apararaq,  vəziyyətdən çıxış yolu ilə bağlı hesabat hazırlayıb. Baxmayaraq ki, Palata bu hesabatı hazırlayanadək  bir sıra çətinliklər, risqlər, bəzən incikliklərlə üzləşib. Ancaq monitorinq hazırlanıb. "Banklar haqqında" qanuna nəzərdə tutulan dəyişiklik də  məhz bizi gözləyən risqlərdən  qorunmağa  yönəlib. Biz gərək bu risqləri azaldaq". Bankların ölkə iqtisadiyyatına yaratdığı çətinlikləri də dilə gətirən komitə sədri deyib ki, banklar iş adamlarına çox çətinliklər yaradıblar: "Onlar pul qıtlığı yaradıblar. Bu gün Azərbaycanda ÜDM-də daxili tələbatı ödəmək üçün ayrılan pulun həcmi dünyada  ən aşağı səviyyədədir. Amma digər ölkələrdə belə deyil. Mən Çin iqtisadiyyatının yaxından araşdırmışam. Bu ölkədə illik iqtisadi inkişaf 7-8 fazi olsa da,  pul kütləsinin ÜDM-də  payı çox yüksəkdir. Ona görə də daxili tələbatı stimullaşdırmaq üçün pul kütləsini artırmağa ehtiyac var. Bu yolla biz əmək haqqılarını da artıra bilərik".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31