Zərərli və radikal dini təriqətlərə qarşı mübarizə müzakirə edilib

Ağcabədi Rayon İcra Hakimiyyəti, rayon prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidmətinin Ağcabədi rayon şöbəsi, rayon Polis şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin tədbirlər planına əsasən zərərli və radikal dini təriqətlərə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədov çıxışında İslam dini və onun fəlsəfəsindən bəhs edib. Ənənəvi dini cərəyanlar haqqında məlumat verən S. Səmədov zərərli dini təriqətlərin yaranması, inkişafı və müasir vəziyyəti barədə də geniş məlumat verib. Tədbirdə mövzu ilə bağlı çıxış edən digər natiqlər zərərli dini cərəyanlara qarşı aparılan mübarizə metodlarından danışıblar.

Ağcabədi Rayon İcra Hakimiyyəti, rayon prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidmətinin Ağcabədi rayon şöbəsi, rayon Polis şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin tədbirlər planına əsasən zərərli və radikal dini təriqətlərə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib. "OLAYLAR"-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədov çıxışında İslam dini və onun fəlsəfəsindən bəhs edib. Ənənəvi dini cərəyanlar haqqında məlumat verən S. Səmədov zərərli dini təriqətlərin yaranması, inkişafı və müasir vəziyyəti barədə də geniş məlumat verib. Tədbirdə mövzu ilə bağlı çıxış edən digər natiqlər zərərli dini cərəyanlara qarşı aparılan mübarizə metodlarından danışıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31