31 Mart soyqırımı qan yaddaşımızın ən ağrılı səhifələrindəndir
Azərbaycan Texniki Universitetində (AzTU) 31 Mart soyqırımı ilə bağlı anım tədbiri keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, AzTU-nun rektor əvəzi Xalıq Yahudov soyqırımı haqqında danışarkən bildirib ki, bu qətliam ermənilərin uzun illərdən bəri reallaşdırmağa çalışdığı bir vəhşilik idi.
31 Mart 2017 14:47 SosialAzərbaycan Texniki Universitetində (AzTU) 31 Mart soyqırımı ilə bağlı anım tədbiri keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, AzTU-nun rektor əvəzi Xalıq Yahudov soyqırımı haqqında danışarkən bildirib ki, bu qətliam ermənilərin uzun illərdən bəri reallaşdırmağa çalışdığı bir vəhşilik idi. Rektor əvəzi qeyd edib ki, 1917-ci il hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən ermənilər və onların cəmləşdiyi Daşnaqsütyun partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirib. Vurğulanıb ki, 1918-ci ilin mart ayına təsadüf edən bu qətliam qan yaddaşımızın ən ağrılı səhifələrindəndir. AzTU-nun İctimai fənlər kafedrasının müdiri Şikar Qasımov soyqırımdan əvvəlki və sonrakı tarixi proseslərə diqqət çəkib. AzTU-nun Həmkarlar İttifaqının sədri Akif Cahangirovsa ermənilərin xalqımıza qarşı hər zaman zorakı, qəsbkar və murdar siyasət yürütdüyünü bildirib. Qeyd olunub ki, bu soyqırımında 10 minlərlə insanın qətlə yetirilməsi ilə yanaşı 100 minlərlə insana böyük ziyan vurulub.