Gündəm
"Aprel döyüşlərindən sonra çox böyük məbləğdə yeni kontraktlar imzalanıb, ən müasir silahlar sifariş edilib"
"Aprel döyüşlərindən sonra çox böyük məbləğdə yeni kontraktlar imzalanıb, ən müasir silahlar sifariş edilib". Bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə deyib.
"Azərbaycan ordusu dağıdıcı qüvvəyə malik silah və döyüş texnikası ilə təmin olunur"
Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüş keçirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxışı zamanı deyib:
Ərdoğan səfərini təxirə saldı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Erzurumda olacaq mitinqi aprelin 15 – dək təxirə salınıb. Referendumla bağlı davamlı mitinqlərlə bölgələrdə çıxış edən prezident Van mitinqində də iştirak etməyəcək. “Olaylar” Miliyyet” - ə istinadən bildirir ki, Ərdoğanın mitinqlərdə iştirak etməməsinə səbəb səs tellərindəki problemdi. Van mitinqində prezidentlə birgə iştirak edəcyi planlaşdırılan Binalı Yıldırım, mitinqdə yalnız çıxış edəcək.
"Ermənistan öz müstəqil həyatını Azərbaycan torpaqlarının işğalına qurban verdi"
"Ermənistan öz müstəqil həyatını Azərbaycan torpaqlarının işğalına qurban verdi". Bu fikirləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə söyləyib.
Atatürk Liseyində 31 mart qurbanları yad edilib
31 mart-Azərbaycanlıların soyqırım günü bütün təhsil müəssisələri kimi Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyində də qeyd edilib. “OLAYLAR”-ın xəbərinə görə, liseyin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirdə əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Azərbaycan bədii plakatı: 1994-2005-ci illər”adlı sərgi keçiriləcək
7-13 aprel tarixində Bakı İncəsənət Mərkəzinin “Yeni Gallery” sərgi salonunda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan bədii plakatı: 1994-2005-ci illər” adlı sərgi keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, tədbirin açılış mərasimi aprel ayının 7-də saat 16:00-da baş tutacaq. Sərgidə Azərbaycanın müstəqillik dövrünün 12 ili ərzində yaradılmış bədii plakat nümunələrinin ən tanınmış əsərləri ictimaiyyətə təqdim ediləcək.
İnsan alverilə məşğul olan 15 qrup zərərsizləşdirilib
Keçən il Azərbaycanda həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 2015-ci illə müqayisədə 29,4 faiz çox və ya 141 insan alveri faktı aşkarlanıb, 15 cinayətkar qrup (+2) zərərsizləşdirilib və həmin cinayətlərin qurbanı olmuş 70 şəxs müəyyən edilib. Bu faktlar insan alverinə qarşı mübarizə üzrə milli koordinator, daxili işlər nazirinin 1-ci müavini Vilayət Eyvazovun Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair hazırladığı hesabatda əksini tapıb. Bildirilib ki, insan alveri qurbanlarının hər birinə 400 manat məbləğində birdəfəlik müavinət verilib, 25-i işlə təmin edilib, 38 nəfər peşə kurslarına göndərilib.
Azərbaycanda siyasi plüralizm yüksək səviyyədədir
Demokratiya cəmiyyətdə siyasi təşkilatlar xalqın hakimiyyət mənbəyi kimi tanınmasına əsaslanır. Daha doğrusu demokratiya xalqa dövlət işlərində iştirak etmək hüququ verir. Demokratiya əhval-ruhiyyəli cəmiyyətdə, demokratik sosial mühitdə isə plüralizm yaranır. Təsadüfi deyil ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalq hesab olunur və siyasi təşkilatlar onun idarə olunmasında iştirak edirlər. Nəzərə almaq lazımdır ki, demokratik cəmiyyət əsas partiyalar və təşkilatların qarşılıqlı əlaqələrinə əsaslanan hakimiyyət sistemidir. Çünki demokratik cəmiyyətdə dövlətin daxili və xarici siyasətinə müəyyən mənada təsir edən təşkilatlar fəaliyyət göstərir. Bunlar siyasi partiyalar, siyasi qruplar və digər ictimai təşkilatlardır.
Senator Andre Rişar: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli növbəti Fransa prezidenti üçün prioritet olmalıdır”
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa nümayəndəliyinə daxil olan məlumata görə, Fransa Senatının üzvü, Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Rişar növbəti Fransa prezidentinin xarici siyasət sahəsində prioritetləri ilə bağlı fikirlərini paylaşıb.
Neofaşizm və neonasizmi baş qaldırmağa qoymayaq
Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının siyasi məsələlər və beynəlxalq əməkdaşlıq məsələləri üzrə Daimi komissiyasının islasında Assambleya Şurasının “Nasızmin bəraətinin və antihitler koalisiyası döyüşçülərinin xatirəsinin təhqir edilməsinin yolverilməzliyi barədə” bəyanatı müzakirə edilib. Müzakirələrdə Daimi komissiya sədrinin müavini deputat Rüfət Quliyev çıxış edib.
Meteoroloqlardan Bakıda əsən güclü küləklə bağlı PROQNOZ
"Bakıda və Abşeron yarımadasında əsən güclü külək bu gün gecəyə doğru zəifləyəcək". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.
"Aprel döyüşləri zamanı təmas xəttinə yaxın yerlərdə yaşayan vətəndaşlarımızın biri də yerindən tərpənmədi"
"Aprel döyüşləri zamanı təmas xəttinə yaxın yerlərdə yaşayan vətəndaşlarımızın biri də yerindən tərpənmədi". Bu fikirləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə söyləyib.
Prezident İlham Əliyev: "Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək"
"Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək". Bu fikirləri Prezident İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə söyləyib.
Cəlilabadda 31 ədəd at başı aşkar edilib
Cəlilabad rayonunda sağlamlığa təhlükə törədən at əti aşkar edilib. DİN-dən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi, Cəlilabad RPŞ və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısının alınması məqsədilə Cəlilabad rayonunun Maşlıq kəndi ərazisində yoxlama aparıblar. Nəticədə kənd sakini Səbuhi Abbasova məxsus təsərrüfat sahəsinə baxış keçirilərkən oradan kəsimə hazırlanan 29 at, habelə kəsilmiş halda olan 31 ədəd at başı və ayaqları aşkar edilib.
Silsilə oğurluq edən şəxslər tutulub
Cari il yanvarın 2-dən martın 10-dək olan müddətdə Gəncə şəhəri ərazisində 13 avtomobildən pul, maqnitafon və akkumulyator oğurlanıb. DİN-dən verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüqar Hamzəyev və İlkin Bünyadov tutulublar.














