Senator Andre Rişar: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli növbəti Fransa prezidenti üçün prioritet olmalıdır”

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa nümayəndəliyinə daxil olan məlumata görə, Fransa Senatının üzvü, Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Rişar növbəti Fransa prezidentinin xarici siyasət sahəsində prioritetləri ilə bağlı fikirlərini paylaşıb.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa nümayəndəliyinə daxil olan məlumata görə, Fransa Senatının üzvü, Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Rişar növbəti Fransa prezidentinin xarici siyasət sahəsində prioritetləri ilə bağlı fikirlərini paylaşıb. Cəmiyyətdən "Olaylar" - a bildirilib ki, senatorun imzası ilə dərc olunan məqalə Fransanın 15 min tirajla buraxılan "La Revue du Trombinoscope" adlı siyasi jurnalında yer alıb. Jurnalın mart nömrəsi Franza prezidentliyinə namizədlərə, rəsmi Parisin gələcək xarici siyasətinə dair tövsiyyələrin verilməsinə həsr olunub. Andre Rişar öz məqaləsində qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli növbəti Fransa prezidenti üçün prioritet olmalıdır. O, vurğulayıb ki, Fransa və Azərbaycan arasında 25 il davam edən diplomatik əməkdaşlıq nəticəsində müxtəlif sahələrdə, xüsusilə, kollektiv təhlükəsizlik, enerji və iqtisadi əməkdaşlıq məsələləri daim yüksələn xətt üzrə inkişaf edib.

Bununla yanaşı, senator qeyd edib ki, bu cür yaxşı münasibətlərin olmasına və Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi statusunu daşımasına baxmayaraq müəyyən güclü lobbilərin təsiri ucbatından Azərbaycan öz mövqeyini Fransa ictimaiyyətinə çatdırmaqda böyük çətinliklərlə üzləşir.

Bunu nəzərə alaraq, o, növbəti Fransa prezidentini bu sahədə "nümunəvi obyektivlik" nümayiş etdirməyə çağırır. Vurğulayır ki, bu münaqişə mümkün qədər tez bir zamanda sülh yolu ilə həll olunmalıdır.

Ona görə ki, münaqişə ocağı, Avropa İttifaqının qonşuluğunda yerləşən "regionun siyasi və iqtisadi sabitliyinə" təsir göstərir.

Senator, həmçinin bildirib ki, bu münaqişə Azərbaycanda dərin izlər qoyub. Belə ki, Dağlıq Qarabağ və yeddi ətraf rayonun Ermənistan tərəfindən işğal olunduğuna görə ölkə bir milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üzləşib. Bu insanların yeganə ümidi öz torpaqlarına geri qayıtmaq və əvvəlki kimi qonşuları ilə sülh şəraitində yaşamaqdır.

Andre Rişar məqaləsini yekunlaşdırarkən belə bir təklif irəli sürüb ki, danışıqlarda tərəqiyyə nail olmaq üçün Fransa Senatında Ermənistan və Azərbaycan tərəfləri arasında parlamentlərarası müzakirələrin təşkilinə cəhd göstərilməlidir. Bu təklif bu ilin martında Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri çərçivəsində səsləndirilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31