Cəlilabadda 31 ədəd at başı aşkar edilib
Cəlilabad rayonunda sağlamlığa təhlükə törədən at əti aşkar edilib. DİN-dən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi, Cəlilabad RPŞ və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısının alınması məqsədilə Cəlilabad rayonunun Maşlıq kəndi ərazisində yoxlama aparıblar. Nəticədə kənd sakini Səbuhi Abbasova məxsus təsərrüfat sahəsinə baxış keçirilərkən oradan kəsimə hazırlanan 29 at, habelə kəsilmiş halda olan 31 ədəd at başı və ayaqları aşkar edilib.
31 Mart 2017 15:03 KriminalCəlilabad rayonunda sağlamlığa təhlükə törədən at əti aşkar edilib. DİN-dən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi, Cəlilabad RPŞ və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısının alınması məqsədilə Cəlilabad rayonunun Maşlıq kəndi ərazisində yoxlama aparıblar. Nəticədə kənd sakini Səbuhi Abbasova məxsus təsərrüfat sahəsinə baxış keçirilərkən oradan kəsimə hazırlanan 29 at, habelə kəsilmiş halda olan 31 ədəd at başı və ayaqları aşkar edilib.