Gündəm

ATU-da “31 mart soyqırımı günü” tədbiri keçirilib

31 Mart 2017 16:47

Azərbaycan Tibb Universitetində (ATU) Dünya Azərbaycanlılarının soyqırımına həsr edilmiş “Yara” sənədli filminin təqdimatı olub.

DTX-da 31 mart Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib

31 Mart 2017 16:46

Dövlət Təhlükəsizliyi Xidmətində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib.DTX-dan verilən məlumata görə, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının və 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himni səsləndirilmişdir.Tədbirin sonunda azərbaycanlıların soyqırımı, öz əzəli tarixi torpaqlarından qovulmaları və deportasiyaları barədə sənədli film nümayiş edilmişdir.

Dövlət əmlakının icarəyə verilməsi ilə bağlı müsabiqəyə yekun vurulub

31 Mart 2017 16:43

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 25 ünvanında yerləşən 34,9 kv.m., Salyan şəhəri, Heydər Əliyev küçəsi 98 ünvanında yerləşən 60,4 kv.m. və Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən, 75,8 kv.m. qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə müsabiqə elan etmişdir. Komitədən “Olaylar”a verilən məlumata görə, sifarişçilər qarşısında icarəyə verilən obyektin məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinə uyğun olaraq təyinatı üzrə istifadə edilməsini təmin etmək, icarəyə verilən obyektin ərazisində yerləşdiyi müəssisənin fəaliyyətinə maneçilik yaradılmaması, birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirilməməsi, kommunikasiya xətlərindən birgə istifadə edilməsi, icarəyə verilən obyektin xarici görünüşünün və memarlıq elementlərinin qorunub saxlanılması və dövlət büdcəsinə ödəniləcək icarə haqqına dair təklifin verilməsi kimi şərtlər qoyulmuşdur.

Qara dəniz regionunda təhdidlər müzakirə edilib

31 Mart 2017 16:42

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzininin (SAM) Xarici Siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi İlqar Qurbanov Rumıniyanın paytaxtı Buxarest şəhərində təşkil edilən "Qara dəniz regionunda təhdidlərə cavab verəbilmə qabiliyyətliliyinin yaradılması: Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasının həyata keçirilməsinə dəstək ” adlı konfransda iştirak edib. “OLAYLAR”-ın xəbərinə görə, sözügedən konfrans Yeni Təhlükəsizlik Mərkəzi və Rumıniya Diplomatik İnstitutunun birgə təşkilatçılığı və Avropa İttifaqı (Aİ) Təhlükəsizlik Araşdırmaları İnstitutunun dəstəyi ilə həyata keçirilib. Həmçinin, SAM- ın elmi işçisi İlqar Qurbanov konfransda “Cənub Qaz Dəhlizinin Avropa enerji təhlükəsizliyinə töhfəsi və Aİ-nin enerji davamlılığının qarşısında duran maneələr ” mövzusunda təqdimatla çıxış edib.

"Sovetski" ərazisində yol infrastrukturunun 70%-i yenidən qurulub

31 Mart 2017 16:40

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq yenidənqurma işləri sürətlə və yüksək keyfiyyətlə davam etdirilir.

Əmək Nazirliyi fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlayır

31 Mart 2017 16:39

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə  Fondunda növbəti islahat tədbiri kimi, 2017-ci il 01 aprel tarixdən fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanması ilə əlaqədar sığortaedənlərlə görüş keçirilib. Sığortaedənlərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə keçirilən görüşdə respublikamızda fəaliyyət göstərən 250-dən çox dövlət təşkilatının, yerli və xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının təmsilçiləri iştirak edib.

Gənclərinin “Memorial Soyqırımı Muzeyi”nə ekskursiyası təşkil olunub

31 Mart 2017 16:38

31 “Mart-azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Xocəsən bələdiyyəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun “Memorial Soyqırımı Muzeyi”nə ekskursiyalar təşkil olunub. “OLAYLAR”-ın xəbərinə görə, ekskursiyada Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rüfət Əhmədov, Xocəsən bələdiyyəsinin ictimai-humanitar sektorunun müdiri Pərvanə Gözəlova, bələdiyyənin ərazisində yerləşən 103, 217 və 313 №-li tam orta məktəbin şagirdləri, Binəqədi rayon Gənclər və İdman İdarəsində təcrübə keçən 18 nömrəli Bakı Peşə Liseyinin kompyuter operatorluğu və veb-dizayn fakültələrinin tələbələri iştirak ediblər.

Aprel döyüşlərinin qəhrəmanı haqqında film çəkilib

31 Mart 2017 16:28

Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşəbbüsü və dəstəyilə hazırlanmış yazıçı-publisist Bəxtiyar Qaracanın "Bitməyən müharibənin qəhramanları" silsiləsindən "Muradına çatmayanlar; apreldən əvvəl və sonra" sənədli filmin təqdimatı keçiriləcək.

Bu informasiyaları yaymaq qadağan edildi AÇIQLAMA

31 Mart 2017 16:20

Artıq qadağan olunmuş informasiyaların internetdə yayılması ilə bağlı yeni hüquqi sənədlər qəbul edilib. Bu sözləri Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, müvafiq qanunun tətbiqi ilə bağlı Fərman da imzalanıb və icraçı dövlət qurumu da müəyyən olunub.Yeni qaydalara görə yayılması qadağan edilən informasiyalarla bağlı internet saytlara, xəbər portallarına, bloqlara girişin məhdudlaşdırılması və bu internet resursların məhkəmə qərarı olmadan qapadılması ilə bağlı qərarların qəbul edilməsi səlahiyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verilib. Çox güman ki, nazirlik də bu vəzifəni özünün Elektron Təhlükəsizlik Mərkəzinə həvalə edəcək.

"Ermənistan Rusiya ilə Azərbaycanı üz-üzə qoymağa çalışır"

31 Mart 2017 16:18

“Ermənistanda baş verənlər oradakı vəziyyətin mürəkkəbliyini göstərir. Ermənistanı bu vəziyyətə salan onların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeləridir ki, onlar bundan çıxış yolu  axtarırlar”. Bunu  politoloq İlqar Vəlizadə deyib.

Minlərlə soydaşımız Quba soyqırımı məzarlığına yürüş edib

31 Mart 2017 16:14

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü minlərlə soydaşımız Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət etməyə gəliblər. “Olaylar” AZƏRTAC-a istinadən xəbər verir ki, martın 31-i Quba soyqırımı məzarlığına yürüş təşkil olunub. Quba və ətraf rayonların ictimaiyyət nümayəndələri, Bakı şəhərindən və ölkəmizin digər bölgələrindən gələn, müxtəlif təşkilatları təmsil edən həmvətənlərimiz yürüşdə iştirak edərək soyqırımı qurbanlarını xatirəsini ehtiramla anıblar.Yürüşdə “31 Mart soyqırımını unutmadıq!”, “Dünya birliyi erməni terrorizminə siyasi və hüquqi qiymət verməlidir”, “Terrorizmə yox!” şüarları səsləndirilib. Günün ilk yarısında Quba Soyqırımı Memorial Kompleksini 10 minə yaxın soydaşımız ziyarət edib.

73 yaşlı erməni anasının məzarını ziyarət etmək üçün Bakıya gəldi və...

31 Mart 2017 16:09

Hazırda Moskvada yaşayan erməni Yuri Sarkisova Bakıda anasının məzarını ziyarət etməyə icazə verilib. 73 yaşlı Sarkisov buna görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna minnətdarlığını bildirib.

Türkiyə müdafiə nazirinin korteji qəzaya uğradı: 5 yaralı

31 Mart 2017 16:06

Türkiyənin müdafiə naziri Fikir Işıkı müşayiət edən avtomobil karvanı qəzaya uğrayıb. Qəza nəticəsində 5 nəfər yaralanıb. Hadisənin baş verməsinin səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Bakıdakı məşhur “Çin restoranı” niyə “New Dagestan”a çevrildi...

31 Mart 2017 16:04

Azərbaycanla Rusiya arasında iqtisadi tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə, qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılmasına dair iki ölkə liderlərinin müəyyən etdiyi vəzifəyə uyğun olaraq son illər Rusiya Federasiyasının subyektləri ilə Azərbaycanın iqtisadi-ticarət əlaqələri də genişlənir. Bu çərçivədə Azərbaycanın Dağıstan respublikası ilə qarşılıqlı investisiyalara, kənd təsərrüfatı məhsullarının ixracına, turizmin inkişafına və digər sahələrə yönəlmiş intensiv tərəfdaşlıq münasibətlərinin xüsusi önəmi var. Çünki Azərbaycanla Dağıstanı bir-birinə təkcə qonşuluq və ümumi sərhədlər deyil, güclü tarixi-mədəni köklər bağlayır.

Rusiya Azərbaycan diaspor təşkilatını ləğv etməyə hazırlaşır?

31 Mart 2017 16:02

Rusiyanın Ədliyyə Nazirliyi aprelin 11-də Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etməyə hazırlaşır. Bu haqda “Yeni Müsavat” qəzeti həmin diaspor təşkilatındakı mənbələrə istinadən yazır.