Gənclərinin “Memorial Soyqırımı Muzeyi”nə ekskursiyası təşkil olunub
31 “Mart-azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Xocəsən bələdiyyəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun “Memorial Soyqırımı Muzeyi”nə ekskursiyalar təşkil olunub. “OLAYLAR”-ın xəbərinə görə, ekskursiyada Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rüfət Əhmədov, Xocəsən bələdiyyəsinin ictimai-humanitar sektorunun müdiri Pərvanə Gözəlova, bələdiyyənin ərazisində yerləşən 103, 217 və 313 №-li tam orta məktəbin şagirdləri, Binəqədi rayon Gənclər və İdman İdarəsində təcrübə keçən 18 nömrəli Bakı Peşə Liseyinin kompyuter operatorluğu və veb-dizayn fakültələrinin tələbələri iştirak ediblər.
31 Mart 2017 16:38 Sosial31 "Mart-azərbaycanlıların soyqırımı günü" ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Xocəsən bələdiyyəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun "Memorial Soyqırımı Muzeyi"nə ekskursiyalar təşkil olunub. "OLAYLAR"-ın xəbərinə görə, ekskursiyada Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rüfət Əhmədov, Xocəsən bələdiyyəsinin ictimai-humanitar sektorunun müdiri Pərvanə Gözəlova, bələdiyyənin ərazisində yerləşən 103, 217 və 313 №-li tam orta məktəbin şagirdləri, Binəqədi rayon Gənclər və İdman İdarəsində təcrübə keçən 18 nömrəli Bakı Peşə Liseyinin kompyuter operatorluğu və veb-dizayn fakültələrinin tələbələri iştirak ediblər.
Qeyd edək ki, muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edir. Muzey 4 bölmədən: tarix, deportasiya-repressiya, soyqırım və terror bölməsindən ibarət olmaqla 320 m2 sahədə yerləşib.