"Ermənistan Rusiya ilə Azərbaycanı üz-üzə qoymağa çalışır"
“Ermənistanda baş verənlər oradakı vəziyyətin mürəkkəbliyini göstərir. Ermənistanı bu vəziyyətə salan onların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeləridir ki, onlar bundan çıxış yolu axtarırlar”. Bunu politoloq İlqar Vəlizadə deyib.
31 Mart 2017 16:18 Siyasət"Ermənistanda baş verənlər oradakı vəziyyətin mürəkkəbliyini göstərir. Ermənistanı bu vəziyyətə salan onların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeləridir ki, onlar bundan çıxış yolu axtarırlar". Bunu politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, Ermənistan iqtidarı bütün bunlara baxmayaraq münaqişənin həlli ilə bağlı müharibədən başqa yeni heç nə təklif etmir.
Politoloqun sözlərinə görə, artıq Ermənistan cəmiyyəti, eləcə də müxalif qruplar bu yolun düşmə ölkəni yalnız uçuruma apardığını başa düşdükləri üçün konstruktiv mövqe sərgilənməsini təklif edirlər: "Çox təəssüf ki, Ermənistanda konstruktiv qüvvələrin sayı, maliyyə imkanları, inzibati resurs amili dekonstruktiv qüvvələrinkindən güclü deyil".
Son 1 il ərzində Ermənistanın xüsusi xidmət orqanları tərəfindən represiyaların aparılıdığını deyən İ. Vəlizadə söyləyib ki, əgər düşmən ölkədən olan hər hansı bloger, jurnalist Azərbaycanla "Skype" vasitəsilə ünsiyyətə girirsə, o zaman onlara qarşı orada həbs tədbirləri görülür, kampaniyalar aparılır: "Bu proseslər təkcə Ermənistanda deyil, Dağlıq Qarabağda da aparılır. Hazırda Sarkisyan və onun havadarları Ermənistanı hərbi cəmiyyətin yaradılması tendensiyasına sürükləyirlər. Ter-Petrasyan və onun tərəfdaşları isə vəziyyətdən sivil çıxış yolu möveyini irəli sürürlər. Əlbəttə ki, Sarkisyanın əsas dayaqları həbçi siyasi dairələr olduğu üçün o tez-tez hərbi terminlərdən istifadə edərək hədə-qorxu gəlməyə, hətta terrorçuluqla bağlı ifadələr də işlədir. Bu da Ermənistanın siyasi elitasında mövcud olan ab-havanı göstərir. Lakin bunlar Azərbaycan tərəfindən cavabsız qala bilməz. Amma bütün bunlara beynəlxalq aləm reaksiya verməli, fikirlərini bildirməlidir".
Ermənistanın "İsgəndər" silahı fikirlərini bildirən politoloq söyləyib ki, əgər Rusiya həqiqətən də bu silahı Ermənistana veribsə, onu müdafiə məqsədilə verib, daha Dağlıq Qarabağda Azərbaycana qarşı istifadə etmək üçün verməyib: "Əgər Rusiya bunu edirsə, o zaman bu, Azərbaycan Rusiya münasibətlərinə xələlə gətirə bilər. Bu kompleks məsələlərdir. Ermənistan silahın adından istifadə edərək Rusiya ilə Azərbaycanı üz-üzə qoymağa çalışır. Ümumiyyətlə, inanmıram ki kimsə Ermənistana "İsgəndər" silahından Azərbaycana qarşı istifadə etməsinə imkan versin. Bütün bunlar boşdur. Hətta bu silahların Ermənistana verilməsinə inanmaq çətindir". Sia.az