ATU-da “31 mart soyqırımı günü” tədbiri keçirilib
Azərbaycan Tibb Universitetində (ATU) Dünya Azərbaycanlılarının soyqırımına həsr edilmiş “Yara” sənədli filminin təqdimatı olub.
31 Mart 2017 16:47 SosialAzərbaycan Tibb Universitetində (ATU) Dünya Azərbaycanlılarının soyqırımına həsr edilmiş "Yara" sənədli filminin təqdimatı olub. "Olaylar" xəbər verir ki, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbrdə"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri, Xocalıdan olan məcburi köçkün Ayna Allahyarqızı bir Xocalı sakini olaraq yaddaşına həkk olan hadisələrdən danışıb. ATU-nun tədris işləri üzrə prorektoru professor Sabir Əliyev çıxış edərək, Azərbaycana qarşı törədilən soyqırımlar haqqında ümumi məlumat verib: "Azərbaycan xalqı çox zülmlərə dözüb. Bu gün bizim üçün ən ağır günlərdən biridir. XX əsrdə Azərbaycan xalqının yaşadığı faciələri, soyqırımları, qətliamları demək olar ki, heç bir xalq yaşamayıb. Əgər biz keçən əsrin əvvəllərindən danışmağa başlasaq, 18-ci illərdə Azərbaycan xalqı soyqırıma, 48-ci ildə deportasiyaya məruz qalıb. 88-ci ildə xalqımız yenidən həm deportasiya, həm də faciəli günlər yaşayıb". "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil Sabiroğlu da həmin faciəli günlərlə bağlı yaşadıqlarını bölüşdü. Bildirdi ki, bu cür filmlərin çəkilməsi və nümayişi çox önəmlidir, xüsusən də gənclər belə filmərə baxmalı, faciə haqqında məlumatlı olmalıdırlar."Yara" sənədli filminin layihə rəhbəri, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov bir çox faktlara dayanaraq ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi amansızlıqlardan söz açıb.