"Sovetski" ərazisində yol infrastrukturunun 70%-i yenidən qurulub
Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq yenidənqurma işləri sürətlə və yüksək keyfiyyətlə davam etdirilir.
31 Mart 2017 16:40 SosialBakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq yenidənqurma işləri sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, yol infrastrukturunun yenidən qurulması işləri 26 hektar ərazinin 3 hektarını əhatə edir. Artıq bu çərçivədə işlərin 70 faizi aparılaraq yekunlaşdırılıb. Sözügedən ərazilərdə "Azəravtoyol" ASC tərəfindən ümumi uzunluğu 7.6 km-ə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılır. Layihə Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzəağa Əliyev, Füzuli küçələrini və Təzəpir məscidin ətrafındakı yolları əhatə edir. Təzəpir məscıdı ətrafındaki yollar 2 zolaqlı, digər yollarda isə 3 və 4 zolaqlı olması nəzərdə tutulub. Aparılan yenidənqurma işləri çərçivəsində Nərimanov prospektinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastrukturunun yaradılması istiqamətində addımlar atılır. Prospekt boyunca hazırda kommunikasiya xətlərinin köçürülməsi işləri aparılır, buna paralel olaraq isə yol yataĞı inşa olunur.