Əmək Nazirliyi fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlayır

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə  Fondunda növbəti islahat tədbiri kimi, 2017-ci il 01 aprel tarixdən fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanması ilə əlaqədar sığortaedənlərlə görüş keçirilib. Sığortaedənlərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə keçirilən görüşdə respublikamızda fəaliyyət göstərən 250-dən çox dövlət təşkilatının, yerli və xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının təmsilçiləri iştirak edib.

Tədbirdə çıxış edən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev diqqətə çatdırıb ki, təqdim edilən hesabatlarla bağlı qeyd edilən yenilik bir tərəfdən sığortaedənlər üçün hesabatların təqdim olunması prosesinin sadələşdirilməsinə və hesabatların sayının azaldılmasına, digər tərəfdən isə vətəndaşlar üçün fərdi uçot məlumatlarını rüblük əldə etməklə öz işəgötürənləri üzərində daha operativ ictimai nəzarət imkanlarının yaradılmasına xidmət edəcəkdir.

Görüşdə bildirilib ki, son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinin avtomatlaşdırılması həmin sahələr üzrə 30-a qədər elektron xidmətin əhalinin istifadəsinə verilməsinə, xidmətlərin elektron müstəvidə şəffaflaşdırılmasına imkan verib. Təkcə 2016-cı il ərzində əhalinin 6 milyon 550 min dəfə faydalandığı bu e-xidmətlər "Elektron hökumət" portalında əhalinin geniş şəkildə faydalandığı e-xidmətlər sırasındadır. Nazirliyin e-xidmətlərinin mühüm bir qismi pensiya təminatının əsas şərti olan məcburi dövlət sosial sığorta sistemini əhatə etməklə, əhalinin bu sahə üzrə bütün xidmətlərdən online rejimdə, rahat və şəffaf şəraitdə istifadəsinə geniş imkanlar yaradıb.  Hazırda təqdim edilən yenilik də bu sahədə növbəti addımdır.

Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin əməkdaşları tərəfindən sığorta iştirakçılarının qeydiyyatı, daxil olan ödənişlərin uçotu və fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqi ilə bağlı təqdimat keçirilib. Görüş müzakirə şəraitində sığortaedənlərin suallarının cavablandırılması, onlara ətraflı izahatların verilməsi ilə davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31